Gülben Ergen və Demet Akalın arasındakı gərginlik artır: İndi də bloklama böhranı

Gülben Ergen və Demet Akalın arasındakı gərginlik artır: İndi də bloklama böhranı






presstv

"Presstv"az #Ailə, #Uşaq bağçası, #WhatsApp

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Gülben Ergen və Demet Akalın arasında əvvəllər baş verən “təşəkkür böhranı”ndan sonra indi də sosial mediada “blok” mübahisəsi başlayıb.

presstvaz-ın “Hurriyet”ə istinadla verdiyi məlumata görə, iki məşhur müğənni arasındakı polemika sosial media gündəmində geniş yer alıb.

Bildirilir ki, Gülben Ergenin təsisçisi olduğu “Çocuklar Gülsün Diye” Dərnəyi Diyarbəkirdə həyatını itirən Narin Güran adına bir uşaq bağçası tikdirmişdi. Sənətçi tikintiyə töhfə verənlərə sosial media üzərindən təşəkkür etmişdi.

Demet Akalın bağçanın tikintisinə dəstək olmaları üçün bir ailəyə müraciət etmişdi, həmin ailə də öz dəstəyini əsirgəməmişdi. Lakin Ergenin paylaşdığı siyahıda həmin ailənin adı olmayıb.

Demet Akalın buna etiraz edərək “İnsanlara ayıb oldu” şəklində giley edib.

Gülben Ergen isə bu vəziyyətə – “Oyun meydançamızı tikdirən dəyərli dostlarımın “Instagram”dan təşəkkür gözlədiyini düşünə bilmədim. Mən “WhatsApp”dan təşəkkür etmişdim”, – deyə cavab verib.

Bu cavabdan sonra Demet Akalın Gülben Ergeni özünün “X” hesabında bloklayıb.

Vəziyyətin fərqində olan Ergen – “Qoyun can dərdindədir, qəssab mal axtarır”, – mesajını paylaşıb.

Akalının bu paylaşıma reaksiyası sərt olub:

“Bu vəziyyətdə qəssab da, mal da mən oluram, deyəsən! Bəli, izləmədən çıxdım. O mənə demişdi ki, Narinin məktəb inşaatı bitməyəcək, rüsvay olacağam. Amma həmin vaxt qəssab deyildim”.

Bundan əlavə, Akalın Ergeni bir ay əvvəl blok etdiyini vurğulayaraq, onu səmimiyyətsizlikdə ittiham edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv