Hansı xarakterik xüsusiyyətlər insana irsən keçir? – Rusiyalı mütəxəssisdən açıqlama

Hansı xarakterik xüsusiyyətlər insana irsən keçir? – Rusiyalı mütəxəssisdən açıqlama






presstv

"Presstv"az #Araşdırma, #DNT, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İnsan xarakterinin xüsusiyyətləri ətraf mühit, şəxsi təcrübə və genetika kimi bir çox amillərin təsiri ilə formalaşır.

Müəyyən edilib ki, sinizm (və ya kinizm – əxlaq normalarına, mədəni dəyərlərə və ədəb ideyalarına açıq olan, onları qətiyyətlə rədd edən və nifrət edən münasibət), ekstraversiya, xoşməramlılıq, yeni təcrübələrə açıq olmaq, neyrotizm (narahatlıq, həyəcanlılıq, gərginlik və özünə inamsızlıq halları ilə xarakterizə olunur) və vicdanlılıq genetikadan asılı ola bilər.

presstvaz-ın xəbərinə görə, bu barədə rusiyalı mütəxəssis, bioloq Yekaterina Surkova “Gazeta.ru”ya müsahibəsində danışıb.

“Genetika əhəmiyyətli töhfə verir. Bizim DNT-miz orqanizmimizdəki müxtəlif biokimyəvi reaksiyalarda iştirak edən və bununla da davranışımıza təsir edən zülalların strukturu haqqında məlumat daşıyır. Kimyəvi reaksiyalar emosiyalarımızın və şəxsi xüsusiyyətlərimizin dofamin, serotonin, qamma-aminobutirik turşusu və digər bu kimi əsas “oyunçularının” maddələr mübadiləsini və hərəkətlərini müəyyən edir. Bu maddələrin necə, nə vaxt, harada və nə dərəcədə aktiv olacağı genomumuzda kodlanmış zülallardan asılıdır”, – deyə mütəxəssis bildirib.

Hansı dəyişikliklərin və hansı genlərin xarakterimizə təsir etdiyini müəyyən etmək üçün elm adamları GWAS (genome-wide association study – tam genom miqyaslı assosiasiya tədqiqatı) tədqiqatları aparırlar. Bunun üçün iki qrup insanın genomları müqayisə edilir: müəyyən xüsusiyyətə malik olanlar və olmayanlar. Bu qruplardan olan insanların DNT nukleotid ardıcıllığında aşkar edilən əhəmiyyətli fərqlər bu xüsusiyyətlə əlaqəli hesab olunur.

“Məsələn, elm adamları göstəriblər ki, CROT geninin müəyyən variantlarına sahib insanlar sinizmə daha çox meyilli olurlar. Son araşdırmada Yel Tibb Məktəbinin tədqiqatçıları şəxsiyyət xüsusiyyətlərinin “Böyük beşliy”inin hər biri ilə – ekstraversiya, xoşməramlılıq, yeni təcrübələrə açıq olmaq, neyrotizm və vicdanlılıq ilə əlaqəli olan genetik variasiyaları müəyyən etmək üçün “Milyon veteran” proqramının məlumatlarından istifadə etməklə, GWAS həyata keçiriblər. Nəticədə, alimlər bu şəxsiyyət xüsusiyyətləri ilə əlaqəli olan 200 yeni genetik variant müəyyən ediblər”, – deyə Yekaterina Surkova qeyd edib.

Ancaq başa düşmək lazımdır ki, xarakter bir və ya iki gen ilə deyil, bir çox qarşılıqlı əlaqədə olan genetik amillər ilə formalaşır. Üstəlik, genlərin ətraf mühit və təcrübə ilə qarşılıqlı əlaqəsi bu məsələni daha da çətinləşdirir. Bununla belə, Surkova vurğulayıb ki, şəxsiyyət xüsusiyyətləri ilə əlaqəli olan genetik meyillərinizi bilməklə, bu məlumatı şəxsi inkişafınız üçün istifadə edə bilərsiniz.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv