Planetin ən varlı insanları 24 saata 200 milyard dollardan çox itirdilər

Planetin ən varlı insanları 24 saata 200 milyard dollardan çox itirdilər






presstv

"Presstv"az #ABŞ, #Ceff Bezos, #COVID-19, #COVID-19 pandemiyası, #Dollar, #Donald Tramp, #İlon Mask, #milyarderlər, #pandemiya, #Planet, #Tesla

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Prezidenti Donald Trampın bir sıra ölkələrə qarşı idxal rüsumlarının tətbiqini elan etməsindən cəmi 24 saat sonra planetin ən varlı insanları ümumilikdə 200 milyard dollardan çox vəsait itiriblər.

presstvaz-ın verdiyi məlumata görə, bu barədə “Bloomberg” agentliyi paylaşım edib.

“Cümə axşamı, aprelin 3-də, dünyanın 500 ən varlı insanının ümumi sərvəti Prezident Donald Trampın elan etdiyi tariflər səbəbindən rekord dərəcədə – 208 milyard dollar azalıb”, – deyə agentliyin materialında vurğulanıb.

Bu çöküş, “Bloomberg” reytinqinin 13 illik tarixində dördüncü və 2020-ci ildə dünya iqtisadiyyatına ciddi zərbə vuran COVID-19 pandemiyasının pik nöqtəsindən sonra ən böyükmiqyaslı çöküşdür.

Ən çox amerikalı milyarderlər zərər çəkiblər, onların arasında “Facebook”un qurucusu Mark Zukerberq və “Amazon”un rəhbəri Ceff Bezos liderlik edirlər.

Cəmi bir gün ərzində Zukerberq 17.9 milyard dollar, Bezos 15.9 milyard dollar, “Tesla”nın baş direktoru İlon Mask 11 milyard dollar, lüks LVMH konqlomeratının sahibi Bernard Arno isə 6 milyard dollar itiriblər.

Donald Trampın amerikalı istehsalçıları qorumaq məqsədi daşıyan idxal rüsumlarının tətbiqi haqqında qərarı dünya bazarlarında domino effektinə və planetin ən varlı insanları üçün ciddi maliyyə itkilərinə səbəb olub. Bu mənfi trendin nə qədər davam edəcəyi və ABŞ-nin proteksionist tədbirlərinin qlobal iqtisadiyyat üçün daha hansı nəticələri olacağı hələ aydın deyil.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv