Bu müəllimlərin əmək funksiyasına xitam veriləcək

Bu müəllimlərin əmək funksiyasına xitam veriləcək






presstv

"Presstv"az #Azərbaycan, #Bakı, #Qəbul imtahanları, #Sosial şəbəkələr, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Attestasiya prosesi maksimum şəffaf və sahənin peşəkarlarından ibarət komissiyalar tərəfində aparılıb, eyni zamanda, müvafiq videoçəkilişlər qeydə alınıb.

presstvaz xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib.

"Məlum olduğu kimi, Mədəniyyət Nazirliyinin tabeliyindəki təhsil müəssisələrində çalışan müəllimlərin attestasiyası keçirilib. Attestasiyanın əsas məqsədi sahə üzrə müəllimlərin peşə, səriştə və bacarıqlarının ölçülməsidir. Komissiyalarda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Konservatoriya nəznində Musiqi Kolleci, Bakı Xoreoqrafiya Akademiyası, digər bədii təhsil ocaqlarından peşəkar mütəxəsislər təmsil olunub", – açıqlamada bildirilib.

Qeyd olunub ki, komissiyalar tərəfindən hər hansı müəllimin səriştə bacarığı tam yararsız kimi qiymətləndirilibsə, yəni 5 mümkün balldan heç birini yığa bilməyibsə, o zaman həmin müəllimin əmək funksiyasına xitam veriləcək:

"Komissiya üzvləri tərəfindən müsbət göstəriciləri qeyd olunan 2 leyhinə və 3 əleyhinə səs yığmış müəllimlər üçün isə Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi Metodik və İxtisasartırma mərkəzində müvafiq təlimlərin təşkili nəzərdə tutulub. Həmin müəllimlər bu təlimləri keçdikdən sonra təkrar attestasiya olunacaq. Onu da qeyd etmək lazımdır ki, attestasiyadan keçə bilməyən müəllimlərin müvafiq sahələr üzrə işə qəbul imtahanlarında iştirak etmək hüquqları saxlanılır. Onlar bu imtahanlarda iştirak edə bilərlər".

Qeyd edək ki, sosial şəbəkələrdə musiqi, incəsənət məktəb və mərkəzlərində çalışan müəllimlərin bəzilərinin etirazlarını ehtiva edən, habelə mədəniyyət nazirinin müşaviri Cəsarət Valehovun çıxışlarını əsas tutaraq dilə gətirdikləri narazılıqları özündə əks etdirən videolar yayımlanıb. Videoda bildirilir ki, müəllimlər etiraz üçün nazirliyin binasına da üz tutublar. Onların bəziləri prosedurdan və imtahanın təşkil olunmasından narazıdırlar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv