Avropa Komissiyası: “Aİ Azərbaycandan dayanıqlı qaz təchizatına ümid edir”

Avropa Komissiyası: “Aİ Azərbaycandan dayanıqlı qaz təchizatına ümid edir”






presstv

"Presstv"az #Avropa, #Avropa Komissiyası, #Azərbaycan, #Bakı, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Avropa İttifaqının (Aİ) qaz bazarının fundamental əsasları Azərbaycandan da daxil olmaqla davamlı idxal sayəsində sabit qalır”.

presstvaz “Report”a istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının Enerji üzrə Baş Direktorluğunun Enerji Platforması Qrupunun direktoru Kristina Lobilyo Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü iclaslarında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Aİ-də enerji təhlükəsizliyi bu gün əvvəlki qış dövrləri ilə müqayisədə əhəmiyyətli dərəcədə dayanıqlı vəziyyətdədir.

“Vəziyyət etibarlı təchizat, xüsusilə strateji tərəfdaşlıqlar çərçivəsində sabitdir. Bu kontekstdə Azərbaycanın töhfəsini, eləcə də qazın anbarlara vurulması üzrə müsbət dinamikanı və tələbatın azaldılması ilə bağlı tədbirləri xüsusilə qeyd etmək istəyirəm”, – K.Lobilyo qeyd edib.

Eyni zamanda, o vurğulayıb ki, geosiyasi gərginliyin artması əlavə risklər yaradır ki, onları gözardı etmək olmaz.

“Son üç ildə Aİ Rusiya qazından asılılığı azaltmaq üçün böyük iş görüb. Əgər əvvəllər qazın təxminən 45 %-i Rusiyadan təchiz edilirdisə, bu gün bu pay həm boru kəmərləri, həm də LNG şəklində 13 %-ə qədər azalıb”, – Avropa Komissiyasının nümayəndəsi bildirib.

O əlavə edib ki, Aİ etibarlı təchizatçılarla əməkdaşlığı genişləndirərək enerji mənbələrinin aktiv şəkildə diversifikasiyasını davam etdirir. Bununla yanaşı, təşkilat 2050-ci ilə qədər iqlim neytrallığına nail olmaq hədəfinə sadiq qalır.

K.Lobilyo keçid dövründə təbii qazın mühüm rol oynamağa davam edəcəyini vurğulayıb: “Təbii qaz növbəti iki onillikdə sabitliyin və iqtisadi inkişafın əsas elementi olaraq qalır. Cənub Qaz Dəhlizi bu prosesdə strateji yer tutur və biz bu marşrut üzrə təchizat həcmlərinin daha da artacağını gözləyirik”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv