Putinin xüsusi nümayəndəsi ABŞ ilə danışıqların detallarını açıqladı

Putinin xüsusi nümayəndəsi ABŞ ilə danışıqların detallarını açıqladı






presstv

"Presstv"az #ABŞ, #Avropa, #Co Bayden, #Donald Tramp, #Nəqliyyat, #Rusiya, #Ukrayna, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiya İnvestisiya Fondunun rəhbəri, Rusiya prezidentinin investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev Donald Tramp Administrasiyasının rəhbər şəxsləri ilə Moskva və Vaşinqton arasında dialoqun bərpasını müzakirə etdiyini açıqlayıb.

presstvaz bu barədə TASS agentliyinə istinadən xəbər verib.

K.Dmitriyev qeyd edib ki, müzakirənin əsas mövzusu Co Bayden administrasiyası dövründə tamamilə dayandırılmış Rusiya-ABŞ dialoqunun və iki ölkə münasibətlərinin bərpası olub.

Rusiya prezidentinin köməkçisi vurğulayıb ki, Donald Tramp Administrasiyası Rusiyanın mövqeyini dinləyir və Kremlin narahatlığını anlayır.

“Əlbəttə, müxtəlif məqamlar üzrə fikir ayrılıqları var, lakin proses gedir, dialoq var və bu, bizim anlayışımıza görə fikir ayrılıqlarını aradan qaldırmağa kömək edəcək”, – K.Dmitriyev əlavə edib.

Onun sözlərinə görə, danışıqların digər mövzuları Rusiya ilə ABŞ arasında birbaşa hava nəqliyyatının bərpası, Arktikada nadir torpaq elementlərinə dair əməkdaşlıq, həmçinin Rusiyanı tərk etmiş Avropa şirkətlərinin boşluğunu Birləşmiş Ştatlar biznesi tərəfindən doldurulması olub.

K.Dmitriyev əlavə edib ki, Rusiyanın Avropaya hücum edəcəyinə dair iddialar ağılsızlıqdır və Ukraynanın NATO-ya qoşulmaq istəyi Donald Tramp Administrasiyası da daxil olmaqla, geniş şəkildə qəbul edilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv