Aİ komissarı: “Azərbaycanla əməkdaşlığımız qaz təchizatımızın şaxələndirilməsində mühüm rol oynayır”

Aİ komissarı: “Azərbaycanla əməkdaşlığımız qaz təchizatımızın şaxələndirilməsində mühüm rol oynayır”






presstv

"Presstv"az #Avropa, #Azərbaycan, #Cənubi Qafqaz, #Rusiya, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Cənub Qaz Dəhlizi çərçivəsində Azərbaycanla əməkdaşlıq Avropa İttifaqının (Aİ) qaz təchizatının şaxələndirilməsində və Rusiya qazından asılılığın azaldılmasında mühüm rol oynayır”.

presstvaz “Report”a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının enerji və mənzil məsələləri üzrə komissarı Dan Yorgensen Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında bildirib.

O, Azərbaycandan kəmərlə tədarük edilən qazın növbəti illərdə Aİ-yə xalis sıfıra keçid prosesində mühüm rol oynayacağına ümidvar olduğunu qeyd edib:

“Bu səbəbdən ticarət sahəsində əməkdaşlığımızın həcmini artırmaq istəyirik. Eyni zamanda, həmin dəhlizin əməliyyatlarına nəzarət, qaz sektorunda təkmilləşdirmə işlərinin aparılması, enerji təhlükəsizliyinin gücləndirilməsi və elektrik enerji şəbəkəsinin inkişafı bizim əsas məqsədlərimiz arasındadır. Lakin fəaliyyətimiz yalnız böhranın idarə edilməsi ilə məhdudlaşmır – biz gələcək üçün strateji yollar müəyyən etməliyik. Bu baxımdan, Cənubi Qafqaz ilə Avropa İttifaqı arasında yaşıl enerji dəhlizinin inkişafı bizim üçün prioritet məsələlərdən biridir. Bu sahədə müxtəlif ideyalar, texnologiyalar və marşrutlar mövcuddur. İndi əsas vəzifəmiz bu perspektivli ideyaları bir araya gətirərək yaşıl enerji dəhlizinin səmərəli fəaliyyətini təmin etməkdir. Bu istiqamətdə böyük potensial və əməkdaşlıq ruhu mövcuddur və hər iki tərəf bu təşəbbüsdə maraqlıdır”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv