Xaricdən avtomobil gətirmək istəyənlərin NƏZƏRİNƏ: Çox sayda vətəndaş DƏLƏDUZLUQLA ÜZLƏŞDİ

Xaricdən avtomobil gətirmək istəyənlərin NƏZƏRİNƏ: Çox sayda vətəndaş DƏLƏDUZLUQLA ÜZLƏŞDİ






presstv

"Presstv"az #Avto, #TikTok, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Xaricdən ucuz və sərfəli avtomobil gətirmək adı ilə “TikTok” və “Instagram” sosial şəbəkəsi üzərindən 30-dan çox vətəndaş aldadılıb.

presstvaz Xəzər TV-yə istinadən məlumat verir ki, “Kharabag International Trade” adlı avtomobil şirkəti onların 140 min manata yaxın məbləğdə pullarını mənimsəyib. Belə bir iddia ilə çıxış edən vətəndaşların sözlərinə görə, sənədlərdə adları keçən 3 tanış, şirkətin rəhbəri Nahid Aslansoy, işçilər Mərdan Məmmədəlizadə və Sənan Eminovun dələduzluğu ilə üzləşiblər.

Aldadılan şəxslərin bəziləri artıq hüquq-mühafizə orqanlarına müraciət edib, bəziləri isə hələ də problemin özbaşına həll olunmasını gözləyir. Adı dələduzluq faktında hallanan şəxslərdən biri, Sənan Eminov deyib ki, şikayətçiləri şirkətin rəhbərliyi aldadıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli isə bildirib ki, vətəndaşların hüquqlarının qorunması və pullarının geri qaytarılması istiqamətində hüquqi prosedurlar davam edir.

O da qeyd edilib ki, vətəndaşlar diqqətli olmalı və sərfəli kimi görünən təkliflərə aldanmamalıdırlar.

Ətraflı süjetdə:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv