Azərbaycanın tikinti materialları Avropa İttifaqı ölkələrinə ixrac oluna bilər – Baş katib AÇIQLADI

Azərbaycanın tikinti materialları Avropa İttifaqı ölkələrinə ixrac oluna bilər – Baş katib AÇIQLADI






presstv

"Presstv"az #Araşdırma, #Avropa, #Azərbaycan, #Mətbuat konfransı, #Müharibə, #Rusiya, #Rusiya-Ukrayna müharibəsi, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Azərbaycanın tikinti materiallarının Avropa İttifaqı ölkələrinə ixracı araşdırılır”.

presstvaz xəbər verir ki, bunu Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının (ATMİA) Baş katibi Şahanə Sarı mətbuat konfransında deyib.

O qeyd edib ki, Azərbaycanın tikinti materiallarının Balkan yarımadası vasitəsilə Avropa ölkələrinə ixracının üzərində iş aparılır:

“Hazırda Avropa İttifaqı ölkələrinə ixrac üçün materiallarının standartı, logistika məsələləri araşdırılır. İlkin qiymət araşdırmasına əsasən, ixrac sərfəli ola bilər”.

Şahanə Sarı, həmçinin, Rusiya-Ukrayna müharibəsinin Azərbaycan tikinti sektoruna təsirinə münasibət bildirib:

“Hazırda Rusiya ilə ticarətdə ciddi bir problemlə üzləşməmişik. Rusiyaya Azərbaycanın tikinti materiallarının ixracını artırmaq üçün işlər görürük. Bir neçə ay bundan əvvəl Rusiya Ticarət Müşavirliyi ilə memorandum imzaladıq. Rusiyadan Azərbaycana idxal edilən məhsulun həcmi Azərbaycandan Rusiyaya ixrac edilən məhsulun həcmindən 3 dəfə çoxdur. Biz bunu balanslaşdırmaq üçün sistemli işlərə başlamışıq”.

O vurğulayıb ki, Orta Asiya ölkələri bizim üçün hədəf bazardır:

“Bizim bu ölkələrlə ticarətlə bağlı razılaşmalarımız var. Buna görə də şirkətlərimiz bu ölkələrə daha rahat ixrac edə bilirlər. Tikinti məhsullarının daşınması daha çətin olduğuna görə onların bir ölkədən digərinə ixrac olunan zaman rentabelliyi aşağı düşür. Buna görə də qeyd edilən ölkələrə ixrac bizim üçün sərfəlidir”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv