Ukraynadakı müharibəni işıqlandıran jurnalist təltif edildi

Ukraynadakı müharibəni işıqlandıran jurnalist təltif edildi






presstv

"Presstv"az #Avropa, #Azərbaycan, #Azərbaycan Mətbuat Şurası, #Bakı, #Jurnalistlər, #Mətbuat Şurası, #Müharibə, #Münaqişə, #Rəşad Məcid, #Rusiya, #Rusiya-Ukrayna müharibəsi, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Mətbuat Şurası “Report” İnformasiya Agentliyinin və Baku TV-nin Şərqi Avropa üzrə xüsusi müxbiri Mübariz Aslanovu diplomla təltif edib.

presstvaz “Report”a istinadən xəbər verir ki, bu münasibətlə Şurada keçirilən təltifetmə mərasimində bildirilib ki, M.Aslanov Azərbaycan mediasını xarici ölkələrdə peşəkar səviyyədə təmsil etdiyinə, ekstremal zonalardan və müharibə bölgələrindən hazırladığı çox sayda reportajına görə təltif olunur.

Mərasimdə çıxış edən qurumun rəhbəri Rəşad Məcid Mübariz Aslanovun jurnalist fəaliyyətini yüksək qiymətləndirib:

“Gənc yaşında jurnalistika sahəsində bu cür rəğbət qazanmaq özü böyük bir uğurdur. Ümid edirik ki, Ukraynadakı münaqişə tezliklə başa çatar, oraya sülh gələr və bundan sonra başqa yöndə yaradıcı yazı və reportajlar hazırlanar”.

“Report” İnformasiya Agentliyinin baş direktoru Fuad Hüseynəliyev isə, öz növbəsində, təltifetməyə görə Mətbuat Şurasına və Rəşad Məcidə təşəkkür edib:

“Mətbuat Şurası hər zaman fəaliyyəti ilə seçilən jurnalistlər üçün bu cür təşəbbüslərlə çıxış edib. Hesab edirəm ki, bu cür təşəbbüslər onlar üçün stimuldur”.

Baş direktor Mübariz Aslanovun Ukraynadakı fəaliyyətinə toxunub:

“Rusiya-Ukrayna müharibəsinin ən qızğın vaxtlarında ona Bakıya qayıtmasını təklif etsək də, qayıtmadı, öz işinin başında qaldı və işini peşəkarlıqla davam etdirdi”.

Azərbaycan Mətbuat Şurasının icraçı katibi Əvəz Rüstəmov Mübariz Aslanovun fəaliyyətinin Azərbaycanda ekstremal jurnalistikası üçün təcrübə olduğunu diqqətə çatdırıb:

“Rusiya-Ukrayna müharibəsinin mərkəzində olması, orada peşəkarlıq vərdişlərinə yiyələnməsi və onu gələcəkdə gənc jurnalistlərlə bölüşməsi, şübhəsiz, onlar üçün də maraqlı olacaq”.

Çıxış edən Mübariz Aslanov təltifə görə təşəkkür edərək ekstremal jurnalistika təcrübəsini bölüşüb:

“Orada dünyanın müxtəlif ölkələrindən 200-ə yaxın mətbuat nümayəndəsi çalışır. Hər jurnalistin özünəməxsus xarakteri və baxış bucağı olur. Orada, o cür mühitdə işləmək çox böyük təcrübədir”.

Jurnalist hazırkı dövrdə informasiya müharibəsinə diqqət çəkib:

“Nəzərə alsaq ki, hazırda həm də informasiya müharibəsi gedir, bu mənada, Azərbaycanı regional və beynəlxalq jurnalistika müstəvisində tanıtmaq önəmlidir”.

Çıxışlar başa çatdıqdan sonra diplom Mübariz Aslanova təqdim olunub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv