“Toyota Land Cruiser”də ciddi problem aşkarlandı: Avtomobillər geri çağırılacaq

“Toyota Land Cruiser”də ciddi problem aşkarlandı: Avtomobillər geri çağırılacaq






presstv

"Presstv"az #Avto, #avtomobillər, #Rusiya, #Toyota

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Toyota” şirkəti Rusiyadakı “Toyota Land Cruiser 300” yolsuzluq avtomobillərini mühərriklərindəki nasazlığa görə geri çağıracaq.

presstvaz xəbər verir ki, bu barədə brendin Mətbuat Xidməti məlumat yayıb.

Geriçağırma kampaniyasının əhatə etdiyi avtomobillər “V35A” mühərrikləri ilə təchiz olunub.

“Bu güc aqreqatında mühərrikin diyircəkli yastıqlarına təzyiq elədir ki, mexaniki emaldan sonra əmələ gələn qalıqlar onlara yapışarsa və mühərrik yüksək yük altında işləməyə davam edərsə, zaman keçdikcə diyircəkli yastıqlar sıradan çıxa bilər. Bu, mühərrikin dayanmasına səbəb ola bilər”, – deyə brendin Mətbuat Xidməti bildirib.

Qeyd olunub ki, 2021-ci il aprelin 26-dan 2022-ci il fevralın 8-dək istehsal olunmuş mühərriklər dəyişdiriləcək. Avtomobil sahibləri üçün bütün işlər pulsuz həyata keçiriləcək.

Rusiyada 28 noyabr 2020-ci ildən 21 aprel 2023-cü il tarixədək satılan 2233 avtomobil geri çağırılacaq. Bu avtomobillərdə arxa divanın arxa hissəsi 60%-40% nisbətində qatlanan iki hissədən ibarətdir.

Qəza zamanı oturacağın bir hissəsi qatlandıqda, sərnişin çərçivə plankasına toxuna bilər, bu da xəsarət alma riskini artırır. Geri çağırılmalı olan bütün avtomobillərdə oturacaqların arxa çərçivəsi tənzimlənəcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv