Moskvada imperator II Nikolayın kötücəsi saxlanılıb

Moskvada imperator II Nikolayın kötücəsi saxlanılıb






presstv

"Presstv"az #Cinayət işi, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiya paytaxtı Moskvada özünü Rusiya imperiyasının sonuncu imperatoru II Nikolayın kötücəsi (nəticənin övladı, nəvəsinin nəvəsi) adlandıran 52 yaşlı Svetlana Vislobokova saxlanılıb.

presstvaz-ın xəbərinə görə, bu barədə “Baza” “Telegram” kanalı məlumat verib.

“Qadın özünü tarixçi, professor, qlobal siyasət üzrə rusiyalı intellektual lider, universal prosessual lider və II Nikolayın kötücəsi kimi təqdim edir. Dediyinə görə, onun çox sayda digər titul və rütbəsi, hətta psixi cəhətdən sağlam olduğuna və narkotikdən istifadə etmədiyinə dair arayışı da var”, – deyə məlumatda bildirilib.

Qeyd olunub ki, Vislobokova yəhudilərə qarşı nifrət və düşmənçilik oyandırmaq ittihamı ilə saxlanılıb. O özünün “Telegram” kanalında Rusiyanın gücü, yəhudilər və geosiyasət barədə müzakirələr aparır.

2025-ci il martın 31-də Vislobokovaya qarşı “Nifrət və ya düşmənçiliyin qızışdırılması, habelə insan ləyaqətinin alçaldılması” və “Ekstremist fəaliyyətə ictimai çağırışlar” maddələri ilə cinayət işi açılıb. İstintaq hesab edir ki, qadın 2023-cü ilin avqustundan bəri ən azı 8 dəfə yəhudilərə, həmçinin onları dəstəkləyənlərə qarşı zorakılığa çağırış edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv