Azərbaycanda 3 fəsil yoxa çıxacaq

Azərbaycanda 3 fəsil yoxa çıxacaq






presstv

"Presstv"az #Bakı, #Hava proqnozu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Aprel ayının hava proqnozu ilə bağlı yayılan məlumat müzakirələrə səbəb olub. Məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi günlərdə 25-30 dərəcə isti olacağı, bölgələrdə bu rəqəmin 32 dərəcəyə qədər yüksələcəyi qeyd edilir. Bundan əvvəlki illərdə aprel ayları adətən yağışlı, sərin keçirdi. 

Builki dəyişiklik iqlimlə bağlı ciddi fəsadlardan xəbər verə bilərmi?

Globalinfo.az-a danışan ekoloq alim Telman Zeynalov havaların isti keçməsinin iqlimə mənfi təsir etməyəcəyini bildirib:

"Baxın, fevralın sonuna qədər hava isti keçdi, həmin ayın sonundan martın ortalarına kimi isə soyuq oldu, qar və yağış yağdı. Bu da ondan xəbər verir ki, biz artıq zamanla yaz fəslini itirir, qışdan birbaşa yaya keçirik".

T.Zeynalov 4 fəsildən ikisinin yavaş-yavaş sıradan çıxma səbəbini açıqlayıb:

"Bilirsiniz, karbon qazı nə qədər çox artarsa, o qədər də qış aradan çıxmış olar. Yəni karbon qazın artması qışın və yazın, eləcə də payızın aradan çıxmasına səbəb olur. Ortada bir tək yay fəsli qalır. Havaların isti olmasının da heç bir təhlükəsi yoxdur. Əksinə, məhsullar bol olacaq, yağışsız və susuz qalmayacağıq. Bizim 8400 çayımız var. Ona görə də narahatlığa səbəb yoxdur".


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv