Putinin əmlakı açıqlandı

Putinin əmlakı açıqlandı






presstv

"Presstv"az #Avto, #Müharibə, #Rusiya, #Vəzifə, #Vladimir Putin

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiya Prezidenti Vladimir Putin 2024-cü il üçün gəlir və xərclər haqqında bəyannamələri müəyyən edilmiş müddətdə təqdim edib.

presstvaz TASS-a istinadən xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.

Qanuna görə, yüksəkvəzifəli dövlət qulluqçuları hər il aprelin 1-ə qədər öz gəlir və xərcləri, həmçinin həyat yoldaşlarının və yetkinlik yaşına çatmayan uşaqların gəlir və xərcləri haqqında bəyannamə təqdim etməlidirlər. Lakin 2023-cü ildən bu məlumatlar bəyan edilsə də, dərc edilmir. Belə ki, 2022-ci ildə Putin müharibə dövründə vəzifəli şəxslərin gəlir, xərc və digər əmlak məlumatlarının KİV-də dərc edilməməsi barədə fərman imzalayıb.

Putinin ictimaiyyətə açıqlanan son bəyannaməsində (2021-ci il üçün) 77 kvadratmetr mənzil, 18 kvadratmetr qaraj, iki köhnə “Volqa” QAZ-M21, “Niva” yolsuzluq avtomobili və “Skif” qoşqusu qeyd olunub. Putin, həmçinin 153.7 kvadratmetr mənzildən istifadə edir. Bütün bu əmlaklar Rusiyada yerləşir. Həmin il prezidentin gəliri təxminən 10.2 milyon rubl (təxminən 204.5 min manat) təşkil edib. Eyni əmlaklar Putin tərəfindən 2024-cü ildə keçirilən prezident seçkisində namizəd kimi təqdim edilən bəyannamədə də qeyd olunub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv