Məhkəmə 9 milyonluq mənimsəmədə təqsirləndirilən MN-in sabiq vəzifəli şəxsi barədə qərar verib

Məhkəmə 9 milyonluq mənimsəmədə təqsirləndirilən MN-in sabiq vəzifəli şəxsi barədə qərar verib






presstv

"Presstv"az #Azərbaycan, #Azərbaycan Ordusu, #Bakı, #Bakı Apellyasiya Məhkəməsi, #Bakı Hərbi Məhkəməsi, #Maliyyə Nazirliyi, #Vəzifə, #Vəzifə saxtakarlığı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidməti sabiq rəisi polkovnik-leytenant Rəşad Məlikzadənin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

presstvaz “Report”a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə onun şikayəti təmin olunmayıb. Bakı Hərbi Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.

Xatırladaq ki, sabiq xidmət rəisi Bakı Hərbi Məhkəməsinin hökmü ilə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Rəşad Məlikzadə 26 sentyabr 2022-ci il tarixdə DTX tərəfindən saxlanılıb və barəsində Bakı Hərbi məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

O, Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

İttihama görə, Rəşad Məlikzadə 2017-2018-ci illərdə “N” saylı hərbi hissədə maliyyə xidmətinin rəisi, 2018-2022-ci ilin fevralın 10-dək olan müddətdə isə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin rəisi vəzifəsində işləyib. Rəşad Məlikzadə vəzifə saxtakarlığına yol verib. O, 9 milyon 369 min manat mənimsəyib, bu məbləğdən 848 min manatını dövlət büdcəsinə ödəyib.

Həmçinin hökmlə dövlətə vurulmuş ziyanla bağlı Rəşad Məlikzadəyə məxsus təxminən 2 milyon manatlıq əmlak müsadirə edilib.

İş üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv