İmran Xan ikinci dəfə Nobel Sülh Mükafatına namizəd göstərildi

İmran Xan ikinci dəfə Nobel Sülh Mükafatına namizəd göstərildi






presstv

"Presstv"az #Hakim, #Hindistan, #Nazirlər Kabineti, #Nobel mükafatı, #Pakistan, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Pakistanın keçmiş baş naziri, ən böyük müxalifət partiyası olan “Ədalət Hərəkatı”nın qurucusu İmran Xan “Pakistan World Alliance” (PWA) hüquq müdafiə təşkilatı tərəfindən Nobel Sülh Mükafatına namizəd göstərilib.

presstvaz-ın verdiyi məlumata görə, bu barədə təşkilatın saytında bəyan edilib.

“Biz İmran Xanı Pakistanda insan hüquqlarının və demokratik dəyərlərin müdafiəsinə verdiyi töhfəyə görə Nobel Sülh Mükafatına namizəd göstərdik”, – deyə sənəddə vurğulanır.

İmran Xan ikinci dəfədir ki, bu nüfuzlu mükafata namizəd göstərilir. 2019-cu ildə o, Hindistanla münasibətlərdə hərbi gərginliyin azaldılması istiqamətindəki səylərinə görə Pakistanda Nobel Sülh Mükafatına namizəd göstərilmiş və o zaman ölkə parlamentinə onun namizədliyinin dəstəklənməsi barədə qətnamə təqdim edilmişdi. Lakin Xan Nobel Mükafatına layiq olmadığını bildirmiş və qeyd etmişdi ki, bu mükafatı “Pakistan-Hindistan mübahisəsinin Kəşmir məsələsi üzrə yekun həllinə nail olan və subkontinentdə sülhə yol açan” siyasətçi almalıdır.

İmran Xan 2018-2022-ci illərdə Pakistanın Nazirlər Kabinetinə rəhbərlik edib. O, 10 aprel 2022-ci ildə parlamentdə ona qarşı etimadsızlıq votumu nəticəsində vəzifəsindən uzaqlaşdırılıb. Siyasətçi 2023-cü ildən etibarən hakimiyyətdən sui-istifadə və korrupsiya ittihamı ilə 14 illik həbs cəzası çəkir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv