Politoloqdan Ukraynanı “Finlandiyaya çevirmək” təklifi: “Son şansdır”

Politoloqdan Ukraynanı “Finlandiyaya çevirmək” təklifi: “Son şansdır”






presstv

"Presstv"az #Finlandiya, #Hakim, #Kiyev, #Müharibə, #Münaqişə, #SSRİ, #Ukrayna, #Volodimir Zelenski

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Kiyev hakimiyyətinin mövqeyinə baxmayaraq, Ukraynanın “finlandiyalaşdırılması” davamlı sülhə aparan yeganə yoldur”.

presstvaz-ın Gazeta.ru-ya istinadən xəbərinə görə, bu sözləri finlandiyalı politoloq Tuomas Malinen “X” sosial şəbəkəsində ölkə prezidentini və xarici işlər nazirini tənqid edərək yazıb.

“Finlandiyalaşma, hətta bizim korrupsioner prezidentimiz və səriştəsiz nazirimizin bəyanatlarına baxmayaraq, uzunmüddətli sülh üçün son şansdır. Onlar xalqı və tarixi rüsvay edirlər”, – deyə o bildirib.

Tuomas Malinen qeyd edib ki, Volodimir Zelenski hakimiyyətdə qaldığı müddətcə münaqişə həllini tapmayacaq.

Bildirək ki, “finlandiyalaşma” termini dövlətin daha güclü qonşu ilə əməkdaşlıq etməklə, öz neytrallığını qoruduğu münasibətlər modelini təsvir edir. “Kiçik tərəfdaş” öz suverenliyini itirmir, lakin ziddiyyətli ittifaqlara girməkdən çəkinərək müəyyən şərtlərə riayət edir. Konsepsiya 20-ci əsrdə İkinci Dünya müharibəsindən sonra SSRİ ilə Finlandiya arasında qarşılıqlı əlaqəni təsvir etmək üçün ortaya çıxıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv