Ağcabədidə 13 yaşlı qızdan uşağı olan kişi ​ilə bağlı hökm dəyişir – Həbsi tələb edildi

Ağcabədidə 13 yaşlı qızdan uşağı olan kişi ​ilə bağlı hökm dəyişir – Həbsi tələb edildi






presstv

"Presstv"az #Ağcabədi, #Azərbaycan, #Lənkəran

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ağcabədidə 14 yaşlı qızın ana olması və bu iş üzrə məhkəmə hökmü geniş müzakirələrə səbəb olub. Yetkinlik yaşına çatmayan şəxslə dəfələrlə cinsi əlaqədə olmaqda təqsirli bilinən 24 yaşlı Ceyhun Ağayevin şərti cəzalandırılması cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb.

presstvaz “Qafqazinfo”ya istinadən xəbər verir ki, təqsirləndirilən şəxsə şərti cəza təyin edilməsi prokurorluğu da narazı salıb. Eyni əsasla bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilib.

Məhkəmənin 12 mart 2025-ci il tarixli hökmü ilə Ceyhun Ağayev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.4.1-ci (on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan şəxslə təkrarən cinsi əlaqədə olma) maddəsi ilə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilib. Lakin məhkəmə Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək bu cəzanı 1 il sınaq müddəti təyin olunmaqla şərti hesab edib.

Prokurorluq hesab edir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsi cinayətin ictimai təhlükəliliyini və ağırlığını nəzərə almadan, qanunvericiliyin prinsiplərinə uyğun olmayan yüngül cəza təyin edib.

Bu səbəbdən, hökmün ləğv edilməsi və təqsirləndirilən şəxsə sanksiya həddində azadlıqdan məhrumetmə cəzasının verilməsi tələb olunur.

Protestə Şirvan Apellyasiya Məhkəməsində baxılacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv