Mərkəzi Bank valyuta hərracı barədə məlumat yaymağı dayandırıb – Rəsmi CAVAB

Mərkəzi Bank valyuta hərracı barədə məlumat yaymağı dayandırıb – Rəsmi CAVAB






presstv

"Presstv"az #Azərbaycan, #Hərrac, #Milli Məclis, #Vüqar Bayramov

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Mərkəzi Bankı tərəfindən həftəlik valyuta hərracları barədə məlumatların yayımlanması dayandırılıb. Belə ki, valyuta hərracı barədə rəsmi məlumat sonuncu dəfə fevralın 27-də təqdim olunub.

presstvaz xəbər verir ki, Modern.az məsələ ilə əlaqədar Mərkəzi Bankla əlaqə saxlayıb.

Qurumun mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, fevral ayının sonunda Mərkəzi Bankın sədrinin mətbuat nümayəndələri ilə keçirilən görüşündə media nümayəndələrinə bu barədə məlumat təqdim olunub.

“Hazırda Mərkəzi Bankın valyuta hərraclarının həftədə iki dəfə olmaqla keçirilməsi davam etdirilir. Valyuta hərraclarında formalaşan məzənnənin sabit qalması və banklar tərəfindən təqdim olunan tələbin tam qarşılanması nəzərə alınaraq, valyuta hərraclarının nəticələrinə dair məlumatın Mərkəzi Bank tərəfindən kommunikasiya edilməsi aktual hesab olunmur. Eyni zamanda qeyd etmək istərdik ki, Mərkəzi Bankın hər ayın sonuna olan valyuta ehtiyatlarının səviyyəsinə dair məlumat Mərkəzi Bankın internet səhifəsində aylıq əsasda açıqlanır. Bu məlumatın ənənəvi qaydada kommunikasiyası davam etdiriləcək”, – açıqlamada qeyd olunub.

Məsələ ilə əlaqədar Milli Məclisi deputatı Vüqar Bayramov isə bildirib ki, Mərkəzi Bank tərəfindən valyuta hərracları ilə bağlı mütəmadi məlumatların verilməsi vacibdir:

“Çünki bu bütövlükdə valyuta hərracları, eyni zamanda valyuta bazarına tələbin müəyyənləşdirilməsi və təklifin qiymətləndirilməsinə xidmət edir. Bizim təklifimiz ondan ibarətdir ki, əvvəlki dövrlərdə olduğu kimi Mərkəzi Bank tərəfindən valyuta hərracları ilə bağlı məlumat mütəmadi, yəni gündəlik bölüşdürülməsi məqsədəuyğundur. Bu istiqamətdə əvvəlki praktikanın davam etdirilməsini təklif edirik”, – deyə deputat qeyd edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv