"Məktəblərdə bu vəzifələr ləğv edilməli, müəllimlərin iş stavkası 24 saata qaldırılmalıdır" – Ekspertdən ÇAĞIRIŞ

"Məktəblərdə bu vəzifələr ləğv edilməli, müəllimlərin iş stavkası 24 saata qaldırılmalıdır" – Ekspertdən ÇAĞIRIŞ






presstv

"Presstv"az #Dərs yükü, #Kamran Əsədov, #Kitab, #Təhsil, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Məktəbəqədər hazırlıq qrupları formal xarakter daşımamalıdır. Bu mərhələ I sinif kimi tanınmalı və ümumi təhsilin ilk pilləsi hesab olunmalıdır. Bu yanaşma erkən yaşlardan sistemli təhsilin əsasını qoyacaq. Növbəti mərhələ isə IV sinifdən ümumi orta təhsilin başlanması olmalıdır. Bu, həm kurikulumun ardıcıllığını təmin edər, həm də dərs yükünü daha məqsədəuyğun şəkildə tənzimləyər”.

presstvaz bildirir ki, bu barədə təhsil eksperti Kamran Əsədov deyib.

Ekspert həmçinin məktəblərdə bəzi vəzifələrin ləğv edilməsi, müəllimlərin iş stavkasının artırılması haqda çağırış edib:

“Müəllimin iş stavkası 24 saata qaldırılmalı, ona bu iş yükünə uyğun olaraq ən azı yarımştat maaş verilməlidir. Belə olan halda müəllimlərin 2 yerdə işləməsi hüquqi və təşkilati baxımdan məcburi xarakter almalı, sistemli əmək bölgüsü formalaşmalıdır. Bu həm müəllimlərin sosial rifahını, həm də təhsil keyfiyyətini yüksəldəcək.

Məktəblərdə funksionallığını və aktuallığını itirmiş ştatlar – UBR, laborant, kitabxanaçı, təlim-tərbiyə işləri üzrə direktor müavini və təsərrüfat üzrə direktor müavini vəzifələri ləğv olunmalıdır. Onların yerində daha funksional və nəticəyə yönəlik yeni ştat vahidləri yaradılmalıdır: tədris işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini, monitorinqlər üzrə direktor müavini və texnologiyalar üzrə direktor müavini.

Məktəb idarəçiliyində çeviklik, səmərəlilik və hesabatlılıq prinsipləri məhz bu dəyişikliklərlə təmin oluna bilər. Təhsil sistemində real dəyişiklik istəyiriksə, köhnə strukturlar üzərində kosmetik düzəlişlər deyil, funksional və ehtiyaca əsaslanan yeni idarəçilik modeli qurmalıyıq”. (Musavat.com)


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv