Ermənilərin Naxçıvanda törətdikləri qırğın: “Yeddi il yas saxlandı”

Ermənilərin Naxçıvanda törətdikləri qırğın: “Yeddi il yas saxlandı”






presstv

"Presstv"az #Azərbaycan, #Culfa rayonu, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı Naxçıvandan da yan keçməyib.

Culfa rayonunun ən böyük yaşayış məntəqələrindən biri olan Yaycı kəndində də amansız qətllər törədilib.

Sakin Fərəc Fərəcov erməni vəhşiliyindən danışarkən qeyd edib ki, bu kənddə 31 mart soyqırımına görə yeddi il yas tutulub, toy məclisi keçirilməyib:

“Çox dəhşətli qırğın idi. Qarşılarına çıxanları qətlə yetirir, evlərə od vururdular. Yaşlı adamlar danışırdılar ki, ermənilər heç kimə rəhm etmirdilər. Hamilə qadınları öldürür, qarınlarına nizə keçirirdilər”.

“Xocalıda etdiklərini bizə də ediblər. Qohumlarımı qırıb Araza töküblər”, – başqa bir sakin Xeyransa İsmayılova söyləyib.

Daha ətraflı Baku TV-nin videomaterialında:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv