“Windows”dan möhtəşəm yenilik: İnternetsiz də işləyən ağıllı axtarış funksiyası əlavə edildi

“Windows”dan möhtəşəm yenilik: İnternetsiz də işləyən ağıllı axtarış funksiyası əlavə edildi






presstv

"Presstv"az #Microsoft, #Süni intellekt

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Microsoft” korporasiyası “Windows 11” istifadəçiləri üçün KB5053656 yeniləməsini buraxıb. Yeniləmədə süni intellekt (Sİ) və “Copilot” virtual köməkçisi ilə bağlı bir neçə funksiya əlavə edilib. Belə ki, əməliyyat sisteminə (ƏS) “insan dili” ilə axtarış sorğusu formalaşdıraraq sənədləri tapmağa imkan verən ağıllı axtarış əlavə edilib.

presstvaz-ın məlumatına görə, bu barədə “Neowin” nəşri xəbər verib.

Bildirilir ki, yeniləmə “Windows 11″in 24H2 versiyasının istifadəçiləri üçün əlçatan olub.

Artıq istifadəçilər fayl adlarını və ya onların dəyişdirildiyi dəqiq tarixləri yadda saxlamalı deyillər. Axtarış funksiyası xüsusi neyroprosessorlu “Copilot+” kompüterlərdə işləyəcək – hələlik bu funksiya yalnız “Snapdragon” çipli cihazlarda mövcuddur.

Axtarış internetə qoşulmadan da işləyə bilər.

Həmçinin əməliyyat sistemində istənilən videoya 44 dildə altyazılar yaratmağa imkan verən “canlı altyazılar” funksiyası əlavə edilib. “Snapdragon” prosessorları əsasında olan kompüterlərdə xarici nitqi müxtəlif dillərə tərcümə etmək imkanı yaranıb.

Bundan əlavə, KB5053656 buraxılışı ilə “Windows 11″də təxminən 40 səhv, o cümlədən “Tapşırıq meneceri”ndəki nasazlıqlar və yuxu rejimindən çıxdıqdan sonra kompüterin BSoD kritik xətası ilə üzləşməsinə səbəb olan baq düzəldilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv