Rusiyalı kişi çoxmərtəbəli binanın damından insanlara 60-a yaxın atəş açdı

Rusiyalı kişi çoxmərtəbəli binanın damından insanlara 60-a yaxın atəş açdı






presstv

"Presstv"az #Cinayət işi, #Hadisə, #Məhkum, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Murmansklı kişi binanın damından 60-a yaxın atəş açıb.

presstvaz xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional Mətbuat Xidməti xəbər verib.

Bildirilir ki, Murmansk şəhərində “hüquq-mühafizə orqanları əməkdaşlarının həyatına qəsd edilməsi” ilə bağlı açılmış cinayət işinin istintaqı çərçivəsində atəş açan şəxsin kimliyi müəyyən edilib.

“O, elə damından atəş açdığı binada yaşayan və əvvəllər məhkum olunmamış 43 yaşlı yerli sakin olub. Şübhəli şəxs ümumilikdə azı 58 atəş açıb, xəsarət alan olmayıb”, – deyə məlumatda vurğulanır.

Qeyd olunur ki, baş və sol bud nahiyəsindən yaralanan şübhəli xəstəxanada nəzarət altındadır. Tibbi əks-göstərişlər olmadığı təqdirdə onunla zəruri istintaq prosesi aparılacaq.

“Şübhəli şəxsin yaşayış yerində atəş zamanı istifadə etdiyi “Vepr” karabini və “İJ” (MR 27) tüfənginə aid sənədlər aşkar edilib və götürülüb. Göstərilən silah, həmçinin şübhəli şəxsin telefonu və notbuku hadisə yerindən götürülüb. İstintaq çərçivəsində müstəntiqlər tərəfindən silahın əldə edilməsi və saxlanılmasının qanuniliyinə müvafiq hüquqi qiymət veriləcək”, – deyə İstintaq Komitəsindən əlavə edilib.

12:17

Rusiyanın Murmansk şəhərində yerli sakin keçmiş yataqxana olan 14 mərtəbəli binanın damından insanlara atəş açıb.

presstvaz-ın verdiyi məlumata görə, bu barədə RBK xəbər yayıb.

Qeyd olunur ki, əvvəlcə tək-tək atəş açılıb, sonra isə atəş fasiləsiz davam edib.

Rusiyanın Xüsusi Təyinatlı Çevik Əməliyyat Dəstəsi (SOBR) və OMON əməkdaşları atəş açan kişini ələ keçirə biliblər. Onun 1981-ci il təvəllüdlü yerli sakin olduğu öyrənilib.

“Murmanskda binanın damından naməlum şəxsin atəş açması nəticəsində heç kim xəsarət almayıb. Atəş açan şəxs tək olub, o yaralanıb. Onu snayperler zərərsizləşdiriblər”, – deyə regionun təcili yardım xidmətlərinin məlumatından bildirilib.

Atəş açan şəxsin vəziyyətinin ağır olduğu bildirilir. Həmçinin məlumata görə, kişinin cinayət zamanı sərxoş olması ehtimalı istisna edilmir.

Hadisə yerində polis əməkdaşları işləyirlər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv