Sabirabadda Perinatal Mərkəzdə son on gündə üç uşaq ölümü baş verib – SƏBƏBLƏR AÇIQLANDI

Sabirabadda Perinatal Mərkəzdə son on gündə üç uşaq ölümü baş verib – SƏBƏBLƏR AÇIQLANDI






presstv

"Presstv"az #Hadisə, #Həkim, #Körpə, #Sabirabad, #Uşaq ölümü

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Sabirabad Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Perinatal Mərkəzdə son on gündə baş verən üç uşaq ölümünün səbəbi məlum olub.

presstvaz  bildirir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hər üç zahının müalicələri tibb müəssisəsinin müvafiq şöbələrində davam etdirilib, hazırda vəziyyətləri stabildir.

“Sabirabad Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Perinatal Mərkəzə martın 23-ü, saat 1:20-də 2005-ci il təvəllüdlü, 38-39 həftəlik hamilə hospitalizasiya olunub. Zəruri tibbi yardım göstərilən pasiyentin bətnindən 3 000 qram ölü döl xaric olunub. 1988-ci il təvəllüdlü 28-29 həftəlik hamilə martın 24-də saat 1:50-də uşaqlıqda iki dəfə çapıq, ağır dərəcəli preeklampsiya diaqnozu ilə hospitalizasiya olunub.

Qeysəriyyə kəsiyi əməliyyatı ilə 820 qram çəkidə olan körpə dünyaya gəlib, vəziyyəti ağır olan ekstremal azçəkili dölün aparılan reanimasiya tədbirlərinə baxmayaraq, ölüm faktı qeydə alınıb. 2006-cı il təvəllüdlü 39-40 həftəlik hamilə olan şəxs martın 28-də, saat 21:10-da hospitalizasiya olunub. Doğuşun birinci dövrü, baş gəlişi, rezus faktor mənfi, ölü döl diaqnozları təyin olunub. Zəruri tibbi yardım göstərilən pasiyentin bətnindən 3 000 qram ölü döl xaric olunub”, – deyə məlumatda bildirilib.

Sabirabad Rayon Mərkəzi Xəstəxanasında növbəti uşaq ölümü qeydə alınıb.

presstvaz “Teleqraf”a istinadən xəbər verir ki, hadisə bayram günlərində baş verib.

Məlumata görə, doğumu cərrah mama-ginekoloq Mehriban Yunusova qəbul edib.

Uşaq qeysəriyyə yolu ilə doğulacaqmış, lakin son anda həkimlər qərarlarını dəyişərək təbii doğuş üsulunu seçiblər.

Doğuşdan iki saat sonra isə körpə dünyasını dəyişib.

Vəfat etmiş uşağın valideyni, Sabirabad şəhər sakini Bayram Güləliyev faktı təsdiqləyib.

Ümumilikdə isə Sabirabad Rayon Mərkəzi Xəstəxanasında son on gündə üç uşaq ölümü qeydə alınıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv