Taksi sürücüləri AYNA-nın qərarlarına etiraz olaraq işə çıxmaqdan imtina edirlər

Taksi sürücüləri AYNA-nın qərarlarına etiraz olaraq işə çıxmaqdan imtina edirlər






presstv

"Presstv"az #Ailə, #Avto, #avtobus, #Avtobus zolağı, #avtomobillər, #Azərbaycan, #Nəqliyyat, #Universitetlər, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Bir qrup taksi sürücüsü Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) qərarlarına etiraz olaraq aprel ayının 2-si fəaliyyət göstərməyəcək”.

presstvaz Xəzər TV-yə istinadən məlumat verir ki, bunu Taksi Sürücüləri Birliyinin rəhbəri Elşad Eldarov deyib.

O bildirib ki, taksi sürücüləri avtobus zolağında sərnişin mindirib düşürdükdə 100 manat, avtobus zolağının yanında sərnişin mindirib düşürdükdə isə 80 manat məbləğində cərimə olunurlar. Bu isə onları maddi zərərə gətirib çıxarır.

Taksi sürücüləri bildirirlər ki, onlara qanuni şəkildə fəaliyyət göstərmək üçün lazım olan fərqlənmə nişanları, sertifikatlar verilsə də, onların iş şəraiti gündən-günə gərginləşir.

Sürücülər tələb edirlər ki, yaşlı insanları, uşaqlı ailələri və ya fiziki imkanları məhdud sərnişinləri daha rahat formada daşımaq mümkün olmalıdır.

Məsələ ilə bağlı AYNA bildirib ki, avtobus zolaqları avtobusların və operativ nəqliyyat vasitələrinin hərəkətini təmin etmək üçün nəzərdə tutulub, şəxsi avtomobillərin və taksi nəqliyyat vasitələrinin ora daxil olması isə qadağandır.

Qeyd olunub ki, şəhərdə 130-dan çox taksi duracağı mövcuddur. Yeni taksi dayanacaqlarının əsasən universitetlər, ticarət mərkəzləri və nəqliyyat mübadilə məntəqələrinin yaxınlığında təşkil edilməsi nəzərdə tutulur.

Ətraflı süjetdə:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv