Ekvador ABŞ qoşunlarının gəlişinə hazırlaşır: Ölkə prezidenti Trampdan nə xahiş edib?

Ekvador ABŞ qoşunlarının gəlişinə hazırlaşır: Ölkə prezidenti Trampdan nə xahiş edib?






presstv

"Presstv"az #ABŞ, #Donald Tramp, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ekvador fəal şəkildə ABŞ qoşunlarının gəlişinə hazırlaşır.

presstvaz-ın xəbərinə görə, bu barədə CNN nəşri məlumat verib.

Nəşrin əldə etdiyi məlumatlarda ölkənin cinayətkar qruplarla mübarizəyə başlayacağı ilə bağlı xəbərlər yer alıb.

Ekvador Prezidenti Daniel Noboa ABŞ Prezidenti Donald Trampa dəstək üçün müraciət edib və qoşun yeridilməsini xahiş edib.

Sahildə yerləşən Manta şəhərində yeni hərbi dəniz obyekti inşa edilir. Bu barədə adının açıqlanmasını istəməyən yüksəkvəzifəli Ekvador rəsmisi məlumat verib. Onun sözlərinə görə, burada ABŞ hərbçiləri üçün kazarmalar və ofislər olacaq. O qeyd edib ki, obyekt davamlı əməliyyatlar üçün lazımdır.

CNN-nin məlumatına görə, Ekvador rəhbəri açıq şəkildə ölkədə xarici qüvvələri görmək arzusundan danışır. Noboa cinayətkar dəstələr ölkəni qorxuya saldığı üçün kömək axtarır. O, martın 29-da Floridada Trampla görüşməyi planlaşdırır. Gündəmdə isə miqrasiya, ticarət və təhlükəsizlik məsələləri dayanır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv