Pentaqon rəhbərindən növbəti qalmaqal: Arvadını gizli görüşlərə aparıb

Pentaqon rəhbərindən növbəti qalmaqal: Arvadını gizli görüşlərə aparıb






presstv

"Presstv"az #ABŞ, #Husilər, #Ukrayna, #Yəmən

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ müdafiə naziri Pit Heqset arvadı Cennifer Heqseti Pentaqonda xarici həmkarları ilə məxfi məsələlərin müzakirə olunduğu görüşlərə aparıb.

presstvaz-ın xəbərinə görə, bu barədə “The Wall Street Journal” (WSJ) nəşri yazıb.

“Hərbi zərbənin detallarını açıqladığı üçün ciddi nəzarət altında olan müdafiə naziri Pit Heqset “Fox News”un keçmiş prodüseri olan həyat yoldaşını məxfi məlumatların müzakirə olunduğu xarici hərbi həmkarları ilə iki görüşə aparıb”, – deyə nəşr bildirib.

WSJ-nin məlumatına görə, C.Heqset ABŞ-nin Ukrayna Silahlı Qüvvələrinə hərbi dəstək verməkdən imtina etməsi ilə bağlı baş tutan görüşdə də iştirak edib. Söhbət məxfi xarakter daşıyıb. Görüşün hər bir iştirakçısında müvafiq giriş icazəsi olub.

Xatırladaq ki, daha əvvəl Pit Heqset və bir sıra dövlət rəsmiləri Yəmən husilərinə qarşı hərbi əməliyyatların detallarını “Signal” mesencerində müzakirə etmələri və məxfi məlumatların ictimaiyyətə sızması qalmaqalı ilə bağlı məhkəməyə veriliblər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv