ABŞ-də sərnişin təyyarəsi ilə hərbi təyyarə səmada toqquşma təhlükəsi ilə üzləşib

ABŞ-də sərnişin təyyarəsi ilə hərbi təyyarə səmada toqquşma təhlükəsi ilə üzləşib






presstv

"Presstv"az #ABŞ, #Araşdırma, #Gəmi, #Hadisə, #Hərbi Hava Qüvvələri, #Quru Qoşunları, #təyyarə, #Təyyarə qəzası, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-da sərnişin təyyarəsi və Hərbi Hava Qüvvələrinin təyyarəsi havada toqquşma təhlükəsi ilə üzləşib.

presstvaz-ın verdiyi məlumata görə, bu barədə ABŞ Federal Aviasiya İdarəsi xəbər yayıb.

Bildirilir ki, hadisə Vaşinqtonda bir müddət əvvəl təyyarə qəzasının baş verdiyi Ronald Reyqan adına hava limanı yaxınlığında qeydə alınıb.

Məlumatda deyilir ki, “Delta Air Lines” aviaşirkətinə məxsus “Airbus A319” sərnişin təyyarəsi hava limanından qalxanda yaxınlığından ABŞ Hərbi Hava Qüvvələrinin dörd “T-38 Talon” təlim təyyarəsi keçib.

“Sərnişin təyyarəsinin göyərtəsində yaxınlıqda başqa bir hava gəmisinin olduğunu xəbər verən həyəcan siqnalı işə düşüb”, – deyə idarədə dəqiqləşdirilib.

Qurumdan bununla bağlı araşdırma aparılacağı vurğulanıb.

Xatırladaq ki, yanvarın 29-da “American Airlines” aviaşirkətinə məxsus ABŞ sərnişin təyyarəsi və ABŞ Quru Qoşunlarının “Black Hawk” helikopteri Ronald Reyqan adına Vaşinqton hava limanı yaxınlığında toqquşub. Təyyarə Kanzas ştatından uçub, göyərtəsində 60 sərnişin və 4 ekipaj üzvü olub. Helikopterdə ən azı üç hərbçi olub. Toqquşmadan sonra təyyarə və helikopter Potomak çayına düşüb. Qəzadan sağ çıxan olmayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv