Qıcqırmış giləmeyvələri yeyən ardıc quşları sərxoş oldular

Qıcqırmış giləmeyvələri yeyən ardıc quşları sərxoş oldular






presstv

"Presstv"az #Hadisə, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiyanın Novosibirsk şəhərində yerli sakinlər qeyri-adi bir mənzərənin şahidi olublar – azı yeddi fərddən ibarət olan ardıc quşu dəstəsi sərxoş vəziyyətdə yerdə yatıb.

presstvaz-ın verdiyi məlumata görə, bu barədə “АСТ-54 Black” “Telegram” kanalı xəbər verib.

Bildirilir ki, quşlar keçən ildən qalmış qıcqırmış giləmeyvələri yeyəndən sonra bu vəziyyətə düşüblər.

“Bəzi quşlar qıcqırmış giləmeyvələri huşsuz vəziyyətə düşənə qədər yeyiblər”, – deyə şahid bildirib.

Qeyd edək ki, quşların sərxoşluğu təbiətdə nadir hadisə deyil. Hava temperaturunun yüksəlib azalması giləmeyvələrin qıcqırmasına səbəb olur. Nəticədə onunla qidalanan quşlar sərxoş olurlar.

Ekspertlərin sözlərinə görə, alkoqol quş orqanizminə insana olduğu təsir edir. Əvvəlcə quşlar isinir, sonra isə damarların kəskin daralması baş verir. Bu halda onlar donub ölə, ya da heyvanların ovuna çevrilə bilərlər. Mütəxəssislər belə quşları evə və ya təhlükəsiz yerə aparmağı, onlar özlərinə gəldikdən sonra isə su və yemək verməyi, qanadlanıb uçmaq vəziyyətinə gəldikdə isə buraxmağı tövsiyə edirlər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv