Bank kartlarınız cinayət işlərində istifadə oluna bilər – VİDEO

Bank kartlarınız cinayət işlərində istifadə oluna bilər – VİDEO






presstv

"Presstv"az #Sosial şəbəkələr

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Bank kartını icarəyə ver, hər ay 1000 manat qazan”.

presstvaz Xəzər TV-yə istinadən bildirir ki, fırıldaqçılar indi də bu kimi yeni üsula əl atıblar.

Belə elanlar artıq sosial şəbəkələrdə tez-tez qarşımıza çıxır.

Maraqlıdır, bu qədər pul müqabilində verdiyimiz bank kartını kimlər və nə üçün istifadə edirlər?

Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının eksperti Bəhruz Əliyevin sözlərinə görə, bu hal bank kartı sahiblərinin şəxsi məlumatlarının kibercinayətlər zamanı istifadəsinə səbəb ola bilər.

Hüquqşünas Şamil Paşayev isə bildirib ki, əgər hər hansı şəxs bank kartını və ya ona bağlı olan mobil tətbiqi könüllülük əsasında başqa bir şəxsin istifadəsinə verirsə, burada hüquqazidd davranış yoxdur. Lakin istisna hallar var.

DİN-dən “Xəzər Xəbər”ə verilən məlumata görə, son günlər sosial şəbəkələrdə bank kartlarının icarəyə verilməsi əsasında müxtəlif məbləğlərdə gəlir əldə etməklə bağlı paylaşımlar edilir. Şirnikləndirici vədlərə inanan vətəndaşlar tanımadıqları şəxslərin bu cür təkliflərinə aldanaraq müxtəlif cinayət əməllərinin dolayı yolla iştirakçısına çevrilir. Çünki bu cür proseslərdən sonra onların şəxsi məlumatları kibercinayətlərin törədilməsində istifadə olunur.

Odur ki, vətəndaşlar maksimum diqqətli olmalı, bu cür şirnikləndirici vədlərə aldanmamalıdırlar.

Daha ətraflı videomaterialı təqdim edirik.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv