Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə mətbuat konfransı keçirilib

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə mətbuat konfransı keçirilib






presstv

"Presstv"az #Ailə, #Azərbaycan, #Bakı, #Fransa, #Jurnalistlər, #Mətbuat konfransı, #Niderland, #Yeni Kaledoniya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Kolonializm: Milli-dini kimliyin silinməsi” adlı beynəlxalq konfransdan bir gün öncə mətbuat konfransı keçirilib.

presstvaz xəbər verir ki, mətbuat konfransında Fransa və Niderland müstəmləkələrindən olan müstəqillik hərəkatlarının nümayəndələri, dekolonizasiya üzrə ekspertlər, reparasiya məsələləri ilə məşğul olan mütəxəssislər və insan hüquqları müdafiəçiləri iştirak ediblər.

Tədbirdə Qvadelup, Fransız Qvianası, Kanaki (Yeni Kaledoniya), Korsika, Martinik, Reyunyon, Boneyr, Fransız Polinezyası, Mayot, eləcə də Valis və Futunadan azadlıq hərəkatının tanınmış simaları bir araya gəliblər.

Konfransda Fransa hökuməti tərəfindən qeyri-qanuni həbs edilmiş kanaklı siyasi məhbusların ailə üzvləri də iştirak ediblər.

Onlar ailə üzvlərinin həbsinin siyasi motivli olduğunu vurğulayaraq, bunun Kanak xalqının azadlıq və öz müqəddəratını təyin etmə hüququnun qarşısının alınmasına qarşı yönəldiyini və Fransa hökumətinin müstəmləkəçi siyasətinə qarşı çıxdıqları üçün hədəfə alındığını bildiriblər. Siyasi məhbusların ailələri Fransa hökumətinin onların hüquqlarını kobud şəkildə pozduğunu, saxlanılma şəraitlərinin qeyri-insani olduğunu və hüquqi müdafiə imkanlarının məhdudlaşdırıldığını bildiriblər. Onlar beynəlxalq təşkilatları təzyiq göstərməyə və məhbusların dərhal azad edilməsinə çağırıblar.

Tədbir iştirakçıları siyasi məhbusların müstəqillik hərəkatları üçün rəmzi əhəmiyyətini vurğulayaraq, bu məsələnin ədalətli və təcili həllinin vacibliyini qeyd ediblər.

Sadalanan faktlar Yeni Kaledoniyada müstəqillik mübarizəsində insan hüquqları pozuntularının real vəziyyətinə diqqəti çəkərək beynəlxalq ictimaiyyətin müdaxiləsinin zəruriliyini bir daha qabardıb.

Qonaqlar müstəmləkəçiliyin davam edən təsirləri, milli və dini kimliyin qorunması istiqamətində görülən işlər və müstəqillik hərəkatlarının üzləşdiyi təhdidlər barədə jurnalistlərin suallarını cavablandırıb, Azərbaycanın dekolonizasiya prosesində qlobal rolunu yüksək qiymətləndiriblər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv