Rusiyada “Diddi hadisəsi”: Məşhur stilistin oğlu məhv olmuş uşaqlığına görə atasını məhkəməyə verir

Rusiyada “Diddi hadisəsi”: Məşhur stilistin oğlu məhv olmuş uşaqlığına görə atasını məhkəməyə verir






presstv

"Presstv"az #ABŞ, #Aktyor, #Rusiya, #Teleaparıcı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Məşhur rusiyalı stilist, aktyor, şoumen, teleaparıcı və müğənni Sergey Zverevin oğlu kiçik Sergey Zverev atasını məhkəməyə verməyə hazırlaşır.

presstvaz-ın xəbərinə görə, bu barədə “Mash” “Telegram” kanalı məlumat verib.

Məlumata görə, gənc oğlan uşaqlıq illərini məhv etdiyinə görə atasından 25 milyon rubl (500 min manatdan çox – red.) məbləğində təzminat əldə etmək niyyətindədir.

Kiçik Zverevin sözlərinə görə, gənc yaşlarında atası mütəmadi olaraq onu P.Diddi kimi tanınan ABŞ-li reper Şon Kombsun “ağ partiləri”nə bənzər böyüklər üçün ziyafətlərə aparırmış. Bu ziyafətlərdə, stilistin oğlunun sözlərinə görə, çılpaq adamlar olurmuş ki, bu da uşağın hələ formalaşmamış psixologiyasına ciddi zərbə vurub.

Ata və oğul arasındakı münasibətlər təxminən on il əvvəl kəskin şəkildə pisləşib. İddiaya görə, Sergey Zverev oğlunu şəxsi əşyalarını oğurlamaqda günahlandıraraq evdən qovub. Stilist ümidlərini doğrultmayan oğlunun davranışından məyus olub.

İndi 29 yaşlı kiçik Sergey Zverev çətin maliyyə vəziyyətindədir. O, dostları və tanışlarından kömək istəməyə, müxtəlif qəribə işlərdə pul qazanmağa məcbur olur.

Buna baxmayaraq, gənc oğlan məhkəmədə öz hüquqlarını müdafiə etmək və uşaqlıqda ona dəyən mənəvi ziyana görə atasından təzminat almaqda qəti şəkildə qərarlıdır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv