Niderlandın ən böyük bank qruplarından olan ING ölkəmizdə iqtisadi artımla bağlı proqnozunu açıqladı

Niderlandın ən böyük bank qruplarından olan ING ölkəmizdə iqtisadi artımla bağlı proqnozunu açıqladı






presstv

"Presstv"az #Azərbaycan, #Niderland, #Ümumdaxili Məhsul (ÜDM)

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Niderlandın ən böyük bank qruplarından biri olan “ING Group” Azərbaycanda Ümumdaxili Məhsul (ÜDM) artımının növbəti illərdə 2-3 % diapazonunda qalacağını proqnozlaşdırır.

presstvaz “Report”a istinadən xəbər verir ki, bu barədə ING-nin hesabatında qeyd edilib. Bu il üçün iqtisadi artım 3 %, 2026-cı ildə isə 2,5 % səviyyəsində proqnozlaşdırılır.

Hesabata görə, istehlak yönlü sektorlarda əhvali-ruhiyyə müsbət olaraq qalır: “Bunun əsas səbəbləri real gəlir və məşğulluğun davamlı artımı, eləcə də pərakəndə kreditlərin sürətli genişlənməsidir. Hazırda daxili pərakəndə kreditlər ÜDM-in 14 %-ni (qeyri-neft ÜDM-in 23 %-ni) təşkil edir. Müqayisə üçün, 2022-ci ildə bu göstərici müvafiq olaraq 8 % və 17 % olub. Bununla belə, real ifadədə artım tempi 2024-cü ilin əvvəlindəki 23 %-lik illik göstəricidən 15-16 %-ə düşüb”.

“ING Group”un ekspertləri bildirirlər ki, 2024-cü ildə korporativ kreditləşmənin artım tempi əhəmiyyətli dərəcədə yavaşlayıb. Bu, bəzi korporativ seqmentlərdə daha ehtiyatlı davranışın əlaməti kimi qiymətləndirilir. Bununla belə, ÜDM-in 10 %-i (qeyri-neft ÜDM-in 16 %-i) səviyyəsində olan daxili korporativ kreditləşmə maliyyələşdirmənin əsas mənbəyi hesab edilmir və ümumi yavaşlamanın göstəricisi kimi də dəyərləndirilmir.

Hesabatda qeyd olunur ki, sənaye etimadı göstəriciləri neft sektorundakı zəifliyə baxmayaraq, güclü nəticələr göstərməyə davam edir. “Bu tendensiya, çox güman ki, Azərbaycanın fiskal siyasətinə dair nikbin gözləntiləri əks etdirir”, – “ING Group” hesab edir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv