Məşhur rusiyalı aktrisa Alena Kolomina Bakı ilə bağlı arzusundan danışdı

Məşhur rusiyalı aktrisa Alena Kolomina Bakı ilə bağlı arzusundan danışdı






presstv

"Presstv"az #Azərbaycan, #Bakı, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Məşhur rusiyalı aktrisa Alena Kolomina çoxdankı arzusundan – Azərbaycanın paytaxtı Bakıya səfər etmək istəyindən danışıb.

presstvaz-ın xəbərinə görə, bu barədə “Moskva-Baku” portalı məlumat verib.

Aktrisa heç vaxt bu şəhərdə olmadığını, lakin onun gözəlliyi və yerli sakinlərin qonaqpərvərliyi haqqında çox eşitdiyini etiraf edib.

“Mən çox ümid edirəm ki, arzum gerçəkləşəcək və Azərbaycan xalqının qonaqpərvərliyini, Bakının möhtəşəmliyini şəxsən görə biləcəyəm. Bilirəm ki, “jurnalist Ebbi” rolunu oynadığım “On bir susqun kişi” filmi Bakıda keçirilən Rusiya Kinosu Günlərində tamaşaçılar tərəfindən hərarətlə qarşılanıb. Mənə çox xoşdur ki, Azərbaycan ictimaiyyəti bizim əməyimizi yüksək qiymətləndirib”, – deyə Alena Kolomina bildirib.

Aktrisa, həmçinin, Azərbaycana təkcə turist kimi gəlmək deyil, həm də burada çəkiliş meydançasında işləmək arzusunu da dilə gətirib.

“Böyük məmnuniyyətlə həm çəkilişlərə, həm də sadəcə ölkə ilə tanış olmağa və dincəlməyə gələrdim. Əminəm ki, bu səfər mənə olduqca heyrətamiz hisslər bəxş edəcək”, – deyə Kolomina öz planlarını bölüşüb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv