Zaxarova: “Rusiya Ukraynada Qərbin “sülhməramlıları”nın yerləşdirilməsinin qəti əleyhinədir”

Zaxarova: “Rusiya Ukraynada Qərbin “sülhməramlıları”nın yerləşdirilməsinin qəti əleyhinədir”






presstv

"Presstv"az #Avropa, #London, #Münaqişə, #Paris, #Rusiya, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Arzu edənlər koalisiyası” adlanan qondarma sülhməramlı əməliyyat çərçivəsində NATO ölkələrindən hərbçilərin Ukraynada yerləşdirilməsi Rusiya ilə birbaşa qarşıdurma təhlükəsi daşıyır. Moskva qəti şəkildə belə bir ssenarinin əleyhinədir”.

presstvaz-ın TASS-a istinadən xəbərinə görə, bu sözləri brifinq zamanı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəzi Avropa ölkələrinin “Arzu edənlər koalisiyası”nın sülhməramlı qüvvələri qismində öz hərbçilərini Ukraynaya göndərmək təşəbbüsünü şərh edərkən deyib.

“Bir daha diqqəti cəlb etmək istərdim ki, Rusiya NATO ilə birbaşa toqquşmaya istiqamətlənən belə bir ssenarinin qəti əleyhinədir”, – deyə o bildirib.

“London və Paris Ukraynaya hərbi müdaxilə planlarını hazırlamağa davam edirlər. Bütün bunlar hansısa sülhməramlı missiyası altında maskalanır”, – deyə Zaxarova vurğulayıb.

Qeyd edək ki, martın 20-də Londonda “Arzu edənlər koalisiyası” adlanan koalisiyaya daxil olan ölkələrin hərbi liderlərinin görüşü keçirilib və görüşdə münaqişənin həll edilməsindən sonra Ukraynaya qoşun göndərilməsinin əməliyyat detalları müzakirə edilib. Görüşdə 30-a yaxın Qərb ölkəsinin nümayəndələri iştirak edib. Həmin gün Britaniyanın Baş naziri Kir Starmer bildirib ki, krallıq sülh sazişinə əməl olunmasını təmin etmək üçün Ukraynada quru, dəniz və hava hərbi əməliyyatları üçün planlar hazırlayır.

Daha əvvəl isə Britaniya KİV yazmışdı ki, London və Paris Ukrayna üzrə sülh sazişini təmin etmək üçün 10 000-dən 30 000-ə qədər hərbçidən ibarət “sülhməramlı korpus”un yaradılmasına ümid edir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv