ABŞ “TikTok” sazişi üçün Çinə güzəştə getməyə hazırdır

ABŞ “TikTok” sazişi üçün Çinə güzəştə getməyə hazırdır






presstv

"Presstv"az #ABŞ, #Ağ Ev, #Çin, #Donald Tramp, #TikTok

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Prezidenti Donald Tramp Çinin “ByteDance” şirkətinə məxsus olan “TikTok” sosial şəbəkəsinin satışı ilə bağlı sazişin bağlanması üçün Pekinə qarşı rüsumları yumşaltmaq imkanını istisna etməyib.

presstvaz bu barədə “Reuters”ə istinadla xəbər verir.

“Bəlkə də mən bunu (Çinin sazişi təsdiqləməsi) baş verməsi üçün tarifləri bir az azaldaram və ya buna bənzəyən başqa bir addımlar ata bilərəm”, – deyə Tramp bildirib.

O, “TikTok”u almağın bir çox yolunun olduğunu və ən yaxşı yolun tapılacağına əmin olduğunu vurğulayıb.

Ağ Ev rəhbəri həmçinin ölkə ərazisində sosial şəbəkənin bloklanmasının təxirə salınmasını uzada biləcəyini də qeyd edib.

Xatırladaq ki, bir müddət əvvəl Tramp Pekini fentanil də daxil olmaqla sintetik opioidlərin axınını dayandırmaq üçün tədbirlər görməməkdə ittiham edərək, Çin mallarına rüsumları 10%-dən 20%-ə qədər artırmışdı.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv