Deniz Akkayanın 16 yaşlı qızı həbs cəzası aldı

Deniz Akkayanın 16 yaşlı qızı həbs cəzası aldı






presstv

"Presstv"az #Hakim, #Məhkum, #Münaqişə, #Təhsil, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyəli keçmiş model Deniz Akkayanın 16 yaşlı qızı A.Ö. barəsində açılan məhkəmə işi başa çatıb. Məhkəmə A.Ö.-nü anasına qarşı zorakılıq tətbiq etdiyi və onun azadlığını məhdudlaşdırdığı üçün 2 il müddətinə həbs cəzasına məhkum edib. Lakin onun yaşı nəzərə alınaraq cəza 10 aya endirilib və hökmün icrası təxirə salınıb. A.Ö. 3 il müddətinə nəzarət altında saxlanılacaq.

presstvaz-ın verdiyi məlumata görə, Akkaya bununla bağlı sosial media vasitəsilə paylaşım edib.

O, baş verənlərdə qızının atasını günahlandırıb:

“Mən təvazökarlıq etməyəcəyəm. 15 ildir ki, öz valideynlərimin belə mənə göstərmədiyi qayğını, şəfqəti və maddi-mənəvi dəstəyi təkbaşına göstərərək bir uşaq böyütdüm. Üstəlik, bu alçaq adamın (qızının atası – red.) mənə tətbiq etdiyi psixoloji təzyiqlərə baxmayaraq! Bu gün dünyada yetkinlik dövrünü keçən gənclərin çətin bir proses yaşadığını hamımız görürük. Əgər bu proses mənim nəzarətimdə olsaydı, qızım bu cəzanı almazdı. Mən ondan xahiş etdim ki, qızımın bu cəzanı almasına imkan verməsin, bunun əvəzinə məndən üzr istəsin və hüquqi prosesi lazımi qaydada başa çatdırsın və qızımın xaricdə təhsil almasına icazə versin. Lakin bu vicdansız insan uşağın ali maraqlarını düşünmədən, mənə qarşı Obsessiv-kompulsiv pozuntu səbəbindən bu işi davam etdirdi. Nəticədə qızımız anasına zorakılıq tətbiq etdiyi və azadlığını məhdudlaşdırdığı üçün cəzalandırıldı”.

Deniz Akkaya hakim və prokurorlara da öz minnətdarlığını bildirib.

“Bundan sonra hər kəs öz taleyini özü seçdiyi yolda yaşayacaq. Mən bir anayam, amma eyni zamanda qəlbi qırılmış, istismar olunmuş, bütün yaxşı niyyətləri tapdalanmış, bir daha necə etibar edəcəyini bilməyən bir qadınam. Ədalətin bu günlərdə sınağa çəkildiyi bir dövrdə, mənə qadınlıq şərəfimi geri qaytaran hakim və prokurorlara bir daha təşəkkür edirəm.”

Xatırladaq ki, ötən ilin may ayında Deniz Akkaya ilə qızı A.Ö. arasında münaqişə yaşanmışdı. Akkaya qızının onu döydüyünü və eyvana kilidlədiyini iddia edirdi. Dövlət himayəsinə verilən A.Ö. isə ifadəsində anasının ona termosla vurduğunu bildirmişdi.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv