AFFA İntizam Komitəsi bir neçə klubu cərimələyib

AFFA İntizam Komitəsi bir neçə klubu cərimələyib






presstv

"Presstv"az #Futbol, #Füzuli, #Şəmkir

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

AFFA İntizam Komitəsi II Liqada çıxış edən bir neçə klubu cərimələyib.

presstvaz xəbər verir ki, buna çempionatın XVIII turunda yaşananlar səbəb olub.

“Ağdaş” komandası “Sheki City” ilə görüşdə beş oyunçusu sarı vərəqə aldığı üçün 70 manat, 90+3-cü dəqiqədə Ülvi Sarıyevin ikinci sarı vərəqəni alaraq (bir matçlıq cəza) meydandan qovulduğuna görə 50 manat, azarkeşlər tərəfindən meydana kənar əşyalar atıldığı üçün 80 manat ziyana düşüb.

“Şəmkir”in dörd futbolçusu “Şəfa” ilə qarşılaşmada sarı vərəqə görüb, kluba 70 manat cərimə tətbiq edilib. Oyun bitdikdən sonra meydana kənar şəxslər daxil olduğundan “Şəfa” 80 manat da ödəməli olacaq.

“Kür-Araz” “Füzuli” ilə matçın ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə 100 manat, komandanın altı oyunçusu sarı vərəqə aldığı üçün 70 manat cərimələnib.

“Füzuli” isə dörd oyunçusunun sarı vərəqə görməsi ucbatından 70, adı matçın protokolunda olmayan Vasif İsmayılov texniki zonada olmasına görə 80 manat ödəyəcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv