Məntəqə seçki komissiyasının üzvləri: “Yanvarda almalı olacağımız əməkhaqqı hələ də verilməyib”

Məntəqə seçki komissiyasının üzvləri: “Yanvarda almalı olacağımız əməkhaqqı hələ də verilməyib”






presstv

"Presstv"az #Bələdiyyə, #Bələdiyyə seçkisi, #Məcburi köçkün

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Keçmiş məcburi köçkünlərin seçici siyahısını tərtib edən məntəqə seçki komissiyasının üzvləri əməkhaqlarını ala bilməməsindən narazıdırlar.

presstvaz bildirir ki, bu barədə Oxu.az-a müraciət edən üzvlərdən biri bildirib ki, yanvarda almalı olduqları əməkhaqqı mart ayı olmasına baxmayaraq verilməyib.

Üzv bildirib ki, hər il bu ödənişlər vaxtında verilirdi:

“Dairə seçki komissiyalarının hər birinin məntəqə seçki komissiyaları var. Həmin komissiyaların 6 üzvü olur. Bu üzvlər seçkilərdən əlavə hər il yanvar ayında seçici siyahılarının dəqiqləşdirilməsi ilə əlaqədar 20 gün işdən azad olunaraq seçki məntəqəsinə təhkim olunurlar. 20 gün ərzində kim rəhmətə gedib, kimin 18 yaşı tamam olub, kim hərbi xidmətdədir, kim köçüb başqa yerə gedib və s. bunlar dəqiqləşdirilir. Biz də keçmiş məcburi köçkünlərin siyahısını tərtib edirik.

Bu işdə işlədikdən sonra yenidən öz işimizə qayıdırıq, 20 gün üçün isə bizə Mərkəzi Seçki Komissiyası tərəfindən əməkhaqqı verilir. Hər il alırdıq, bu il isə ala bilmirik.

Bələdiyyə seçkisi keçirilən yerlərdə işləyənlər əməkhaqlarını aldılar. Təhkim olunduğumuz rayonlarda bələdiyyə seçkisi keçirilmədiyi üçün biz ancaq seçici siyahısını tərtib etdik. İşlədiyimiz 20 günün pulu isə hər il verilsə də, bu il verilməyib.

Seçki keçiriləndə onsuz da 2 aylıq ödəniş alırdıq. Seçki keçirilməyəndə isə yalnız 20 gün siyahı tərtib etdiyimiz günün ödənişini almalıyıq, o da verilmir”.

Məsələ ilə bağlı Mərkəzi Seçki Komissiyasına sorğu ünvanlanıb.

Aygün Mirakif


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv