Gəncədə yolun hərəkət hissəsinin qazılması qəzaya səbəb oldu: Avtomobil aşdı

Gəncədə yolun hərəkət hissəsinin qazılması qəzaya səbəb oldu: Avtomobil aşdı






presstv

"Presstv"az #Araşdırma, #Araşdırma aparılır., #Avto, #Hadisə, #Heydər Əliyev, #Nəqliyyat

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Gəncədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

presstvaz APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, “LADA Priora” markalı minik avtomobili prospektlə hərəkətdə olan zaman yolda olan torpaq təpəsinə çırpılıb.

Zərbənin təsirindən avtomobil yolun kənarına aşıb. Qəza zamanı sürücü – 1989-cu il təvəllüdlü Q.Əhmədov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Avtomobilə isə ciddi ziyan dəyib. Məlumata görə qəza baş verən ərazidə elektrik xətlərinin yenilənməsi üçün bir müddətdir ki, yolun hərəkət hissəsi qazılıb.

Baş vermiş qəza ilə bağlı araşdırma aparılır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv