Xronika: “Ermənilərlə urartulular bir biri ilə vuruşan, fərqli danışan toplumdur”

Xronika: “Ermənilərlə urartulular bir biri ilə vuruşan, fərqli danışan toplumdur”






presstv

"Presstv"az #Araşdırma, #Azərbaycan, #Cənubi Qafqaz, #Deportasiya, #Ermənistan, #İlham Əliyev, #İran, #Kitab, #Vəzifə, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Saci sikkələrin üzərində Azərbaycan yazılırdı” adlı veriliş hazırlanıb.

Verilişdə tarixçi-tədqiqatçı Ramin Əlizadə yunan, Roma, ərəb və İran mənbələrində yazılan tarixi həqiqətlər, bu dövrlərdə Ermənistanın dövlət adı kimi qeyd olunmamasından danışıb.

O bildirib ki, ərəblər bu bölgəni işğal edəndən sonra ilk vaxtlarda Azərbaycan ifadəsi işlənirdi: “Ərəb əmirliyinin cənubi Qafqazda əsas mərkəzi Bərdə idi. Dvin də Bərdə də Azərbaycan şəhəri idi. Saci sikkələrin üzərində Azərbaycan yazılırdı. Pulların üzərində “Ərməniyyə” yox, Azərbaycan ifadəsi var idi. Bu ərazini həmişə Azərbaycan sülalələri idarə edib. Ərəb işğalına qədər bu ərazi Azərbaycan qeyd olunurdu”.

Onun sözlərinə görə, Ermənistan dövləti adı 1918-ci ildə ortaya çıxıb: “Dərbənd kitabəsi üzərində Azərbaycan ölkəsinin adı səkilir. Sacilər bütün şimallı, cənublu Azərbaycanı birləşdiriblər. Roma, yunan dönəmində Ermənistan dövlət adı kimi qeyd olunmur. Ərəblər arameylər olan ərazini Ərməniyyə adlandırdı. Regionu tanıyan ərəb səyyahları Azərbaycan adlarını olduğu kimi veriblər”.

R.Əlizadə vurğulayıb ki, qədim ərəb və İran mənbələrində regionun əsas ölkəsi Azərbaycan qeyd olunur: “16-cı əsr Venesiya xəritəsində Qərbi Azərbaycan türk adları ilə verilib. Ermənilərlə urartulular bir-biri ilə vuruşan, fərqli danışan toplumdur”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv