“TikTok”dakı mübahisəyə görə qətl törədən 19 yaşlı gəncə HÖKM OXUNDU

“TikTok”dakı mübahisəyə görə qətl törədən 19 yaşlı gəncə HÖKM OXUNDU






presstv

"Presstv"az #Araşdırma, #Cinayət işi, #Füzuli, #Hadisə, #Hakim, #Lənkəran, #Qəsdən adam öldürmə, #TikTok

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Füzuli rayonunda qəsdən adam öldürməkdə təqsirləndirilən Nemət Bayramlının cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

presstvaz APA-ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Əli Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Nemət Bayramlı 19 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasının ilk 3 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, hadisə ötən ilin yanvarında Füzuli rayonunun, Kürmahmudlu kəndi ərazisində baş verib. 2005-ci il təvəllüdlü Nemət Bayramlı aralarında yaranmış mübahisə zamanı 2003-cü il təvəllüdlü Azər Allahverdiyevi kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

İttihama görə, Nemət Bayramlı “TikTok” sosial şəbəkəsində gördüyü videonun mənasını soruşmaq üçün videonun sahibi, daha əvvəl heç tanımadığı Azər Allahverdiyevlə və onun qardaşı ilə danışıb. Söhbət zamanı təhqiramiz ifadələrin istifadəsinə görə onlar yolun Aşağı Kürdmahmudlu kəndi ərazisindən keçən hissəsində yol kənarında yerləşən yanacaqdoldurma məntəqəsinin qarşısında görüşüblər. Bir qədər söhbət etdikdən sonra o, Azər Allahverdiyevi qəsdən öldürmək məqsədilə yanacaqdoldurma məntəqəsinə bitişik olan istifadəyə verilməmiş tikilinin yan tərəfinə dəvət edərək sonuncudan telefonda danışarkən onu təhqir etməsinin səbəbini soruşub. Azər Allahverdiyev ona təhqir etmədiyini bildirsə də, həmin videoya görə yetkinlik yaşına çatmayan qardaşına iradlar bildirib sorğu-suala tutmasına haqlı cavab verdiyini söyləyib. Nemət Bayramlı A.Allahverdiyevi qəsdən öldürmək məqsədilə qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi soyuq silah hesab edilən ov bıçağını götürərək sonuncuya ağır xəsarət yetirərək onun ölməsinə səbəb olub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılıb. Nemət Bayramlı barəsində Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv