Xronika: “Azərbaycanın razılığı olmadan heç bir xarici qüvvə onun sərhədində yerləşdirilə bilməz”

Xronika: “Azərbaycanın razılığı olmadan heç bir xarici qüvvə onun sərhədində yerləşdirilə bilməz”






presstv

"Presstv"az #Araşdırma, #Avropa, #Azərbaycan, #Azərbaycan-Ermənistan sərhədi, #Bakı, #Deportasiya, #Ermənistan, #İlham Əliyev, #Milli Məclis, #Nikol Paşinyan, #Vəzifə, #Zəngəzur dəhlizi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində rus dilində növbəti buraxılış hazırlanıb.

presstvaz xəbər verir ki, aparıcı Ellada Sarvanın qonağı Milli Məclisin deputatı Tural Gəncəliyev olub.

O, XII Qlobal Bakı Forumunun əhəmiyyəti, Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşması və sonrakı proseslər, Avropa Parlamentinin Azərbaycana qarşı hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin azad edilməsi haqqında qətnamə layihəsi, avropalı deputatların “separatçı ermənilərə sevgisi”, BMT-nin İnsan Hüquqları Ali Komissarlığının Əsassız Həbslər üzrə İşçi Qrupunun Ruben Vardanyanla bağlı Yekun Rəyindən söz açıb.

Onun sözlərinə görə, Azərbaycan Qərblə Şərqi birləşdirən bağdır: “Dünyanın ziddiyyətli qütbləri Bakıda birləşərək dialoqa yol axtarır. Avropa Parlamenti Azərbaycanı ləkələmək siyasətini davam etdirir. BMT-nin İnsan Haqları üzrə Ali Orqanını bəzi qüvvələr manipulyasiya edir. Beynəlxalq hüquq sistemi lazımi səviyyədə işləmir. Niyə azərbaycanlıların hüquqlarından danışmırlar? Azərbaycanın razılığı olmadan heç bir xarici qüvvə onun sərhədində yerləşdirilə bilməz”.

Deputat Ermənistan baş naziri Nikol Paşinyanın Sülh sazişi imzalandıqdan sonra Azərbaycan-Ermənistan sərhədində üçüncü tərəf qüvvələri yerləşdirilməyəcəyi fikrinə də münasibət bildirib: “Ermənistan bundan sonra iki ölkə arasında normallaşma prosesi ilə bağlı bu və digər məsələlər üzrə ikitərəfli dialoqu davam etdirməyə hazır olmalıdır, Təəssüf ki, Ermənistan sülhə hazır deyil. Ermənistanın himayədarları sülh prosesinin müqavilə imzalanması ilə bitməsini istəmirlər”.

T.Gəncəliyev sonda vurğulayıb ki, Ermənistan rəhbərliyi Qərbi azərbaycanlıları qəbul etməyə hazır deyil: “Ermənistan məsuliyyəti öz üzərinə götürməlidir. Zəngəzur dəhlizi fəaliyyət göstərməlidir. Ermənistan azərbaycanlıların geri qayıtmasını ərazi iddiası hesab etməməlidir”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv