İrəvanın mer müavini paytaxtdakı hücumu terror kimi səciyyələndirib

İrəvanın mer müavini paytaxtdakı hücumu terror kimi səciyyələndirib






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İrəvanın mer müavini Armen Pambuxçyan ölkə paytaxtının polis bölməsinə edilmiş hücumu terror aktı kimi səciyyələndirib.

presstvaz   report.az-a istinadən xəbər verir ki, bu barədə siyasətçi jurnalistlərə açıqlama verərkən deyib.

O, tutulmuş şübhəli şəxsin kimliyini bilmədiyini, sadəcə onunla birgə olan iki nəfərin xəstəxanaya yerləşdirildiyini söyləyib.

“Onun nə istədiyini bilmirəm, lakin aydın idi ki, bu, terror aktına xarakterik davranışdır <…> Hər hansısa şəxs silah və ya partlayıcı ilə polis bölməsinə gəlirsə, bu, bizim cinayət məcəlləmizə görə, terror aktıdır”, – mer müavini vurğulayıb.

Eyni zamanda, yerli “İnfoteka24” nəşrinə görə, sözügedən şəxslər keçmiş məhbusdurlar, onlardan biri adam öldürməyə görə mühakimə olunub.

Xatırladaq ki, martın 24-də İrəvanın Nor-Nork rayonunun polis bölməsinə silahlı hücum olub. Üç şübhəli şəxs polis bölməsinə qumbara atsa da, yaralanan ancaq özlərindən iki nəfər olub. Digər şəxsi isə xüsusi təyinatlılar zərərsizləşdirib.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv