Tramp – Mask tandemi “Tesla”nın gələcəyini xilas edəcəkmi?

Tramp – Mask tandemi “Tesla”nın gələcəyini xilas edəcəkmi?






presstv

"Presstv"az #ABŞ, #Avto, #avtomobillər, #Dollar, #Donald Tramp, #İlon Mask, #Tesla

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-li milyarder İlon Maskın şirkəti olan “Tesla” ciddi problemlərlə üzləşib, kampaniyanın gələcəyi sual altındadır.

presstvaz xəbər verir ki, bu barədə “Baku TV Ru”nun hazırladığı videosüjetdə qeyd olunub.

Müəllif qeyd edib ki, Donald Tramp ABŞ-də keçirilən prezident seçkisində qalib gəldikdən sonra “Tesla”nın səhmlərinin qiyməti bahalaşıb və bunun da səbəbləri var.

Xatırladaq ki, İ.Mask Respublikaçıların seçki kampaniyasına 277 milyon dollar vəsait ayırıb.

“Belə bir jestdən sonra bir çox investorlar biznesmenin ABŞ prezidentindən xüsusi imtiyazlar alacağını gözləyirdi. Beləliklə, bu münasibətlər bir müddət “Tesla”nın səhmlərinin qiymətində əks olunub. Onlar, demək olar ki, 70 faiz artıb və şirkətin ümumi bazar dəyəri 556 milyard dollara yüksəlib”, – deyə süjetdə qeyd olunub.

İnvestorlar əmin idilər ki, vəziyyət bu şəkildə davam edəcək, lakin “Tesla”nın səhmlərinin dəyəri qısa müddət ərzində aşağı düşməyə başlayıb.

Ticarət məlumatlarından göründüyü kimi, hazırda “Tesla” səhmləri ucuzlaşır, avtomobillərin keyfiyyəti, bir sıra ekspertlərin fikrincə, heç də yüksək deyil və şirkət avtomobil bazarında bir vaxtlar olduğu lider mövqeyini itirib.

Daha ətraflı videosüjetdə:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv