Şahin Diniyev: “İndiki Azərbaycan millisini toparlamaq üçün 50 il də azdır”

Şahin Diniyev: “İndiki Azərbaycan millisini toparlamaq üçün 50 il də azdır”






presstv

"Presstv"az #Azərbaycan, #Belarus, #Futbol, #Mətbuat konfransı, #Səbail

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Biz birinci növbədə gücümüzün aşağı səviyyədə olduğunu qəbul etməliyik”.

presstvaz  bildirir ki, bunu Oxu.az-a açıqlamasında “Səbail” klubunun sabiq baş məşqçisi Şahin Diniyev Azərbaycan millisinin Belarus seçməsi ilə oyunla bağlı fikirlərini bölüşərkən bildirib.

“Bu oyunlar bizə xal qazandırmır. Bu səbəbdən də məğlubiyyətlə üzləşərkən futbolçuların və ya milli komandanın üzərinə getmək düzgün olmaz. Əlbəttə, Belarusla oyunda qələbə qazanmaq həm psixoloji olaraq, həm də qələbəyə gedən yolun təməlini atmaq baxımından vacibdir. Amma qəbul etməliyik ki, Azərbaycan millisinin və futbolçularımızın potensialı budur. Qələbə qazanaraq milliyə olan inamı yenidən qaytarmaq lazımdır. Əsas məsələ ilk növbədə budur. Belarus millisi bizim üçün ciddi və çətin rəqibdir.

Təcrübəli çalışdırıcı əlavə olaraq Fernandu Santuşun Belarus seçməsi ilə oyunöncəsi mətbuat konfransında səsləndirdiyi fikirlərə münasibət də bildirib:

“Futbolda fərqli oyun taktikaları və anlayışları var. Sadəcə müdafiə olunaraq nəticə qazanmaq mümkün deyil. Bizim komandanın, futbolçuların real gücünü qəbul etməli və buna uyğun addımlar atmalıyıq. Haiti ilə görüşdə buraxılan səhvlərdən dərs çıxararaq bu görüşdə qələbə qazanmaq mümkündür. Əsas məsələ etibarlı oyun nümayiş etdirməkdir. İstər müdafiədə, istərsə də hücumda. Ələ düşən qol fürsətlərini dəyərləndirməyi bacarsaq və müdafiədə etibarlı oynasaq, o zaman nəticə qazanıla bilər”.

Şahin Diniyev Azərbaycan millisində kollektiv və səviyyəli futbol olmadığını bildirib:

“Futbol kollektiv halında oynalınan idman növüdür. Bizim futbolçular ilk növbədə bunu anlamalıdırlar. Əfsuslar olsun ki, bizdə hələ də bu anlayış formalaşmayıb. Düzgün taktiki gedişatlar, komanda halında oynamaq, müdafiə olunmağı bacarmaq çox vacibdir. Milli komandanın futbolçuları qalib gələndə birgə sevinməyi bacardığı kimi, məğlub olduqda da birgə kədərlənməyi bacarmalıdırlar. Ümumilikdə kollektivlik düşüncəsi formalaşdırıb daha sonra digər mövzuları dəyişməliyik. Əsas olaraq qəbul etməliyik ki, bu millinin dəyişməsi üçün 50 il də bəs etməz”.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv