Ən etibarlı enerjidoldurma şəbəkələri açıqlandı

Ən etibarlı enerjidoldurma şəbəkələri açıqlandı






presstv

"Presstv"az #Avto, #Tesla

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Elektrik avtomobil istehsalçıları ilə əlaqəsi olmayan şəbəkələrdə enerji doldurma cəhdlərinin 40-50 faizi problemlərlə müşayiət olunur.

presstvaz xəbər verir ki, “Consumer Reports” nəşrinin keçirdiyi sorğu göstərib ki, daha az problemlərin qeydə alındığı ən etibarlı şəbəkələr elektrik avtomobil istehsalçıları “Tesla” və “Rivian”a məxsusdur.

“Tesla Supercharger” şarj şəbəkələrində istifadəçilər yalnız 4%, “Rivian Adventure Network”də isə 5% problem yaşayırlar.

Eyni zamanda, məsələn, “Shell” şəbəkəsindən istifadə edənlər hər ikinci seansın plana uyğun getmədiyini, “EVgo” və “Blink” şirkətlərinin stansiyalarında elektriklə işləyən avtomobili enerji ilə doldurmaq cəhdlərinin 40%-dən çoxunda problemlər qeydə alındığını bildiriblər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv