İki dostun dələduzluq planı: Sosial ev adı ilə qaçqınlar binasını göstərdilər

İki dostun dələduzluq planı: Sosial ev adı ilə qaçqınlar binasını göstərdilər






presstv

"Presstv"az #Hakim, #TikTok

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Övladı əlil olan qadını aldadaraq 7 min manat pulunu ələ keçirən dostlar məhkəmə zalında həbs ediliblər. Onlar qadına əlil oğluna görə güzəştli mənzil alacaqlarını vəd edərək aldadıblar.

presstvaz Musavat.com-a istinadən xəbər verir ki, 39 yaşlı Elçin və 44 yaşlı Fəyyaz birlikdə Vəfa Əliyevaya qarşı dələduzluq ediblər.

Onlar Vəfa Əliyevanın oğlunun əlil olduğuna görə ona güzəştli ev alacaqlarını deyiblər. Həmçinin Vəfa Əliyevanın qızını Abşeron Rayon İcra Hakimiyyətinə işə düzəldəcəklərini bildiriblər.

Onlar Vəfa Əliyevanın oğlunun əlil olmasını “TikTok” sosial şəbəkəsindən öyrəniblər. V.Əliyevanın oğlunun “TikTok” səhifəsi var imiş. İki dost bazarlıq edərək Vəfa Əliyevanın evinə ziyarətə gediblər. Bir müddət sonra Elçin Fəyyazı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı kimi təqdim edərək onlara güzəştli ev ala biləcəklərini deyib. Hətta Vəfa Əliyevanı Masazır kəndində qaçqınlar üçün tikilmiş binaya apararaq evin orada olduğunu deyiblər.

Vəfa Əliyevadan 7 min manat pul alıblar. İstintaq dövründə onlar dəymiş zərərin 2 min manatını ödəyiblər. Zərərçəkmiş qadın hər iki şəxsdən şikayətçi olduğunu deyib.

Təqsirləndirilən şəxslər əməllərindən peşman olduqlarını bildiriblər.

Məhkəmənin hökmü ilə hər iki şəxs 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Barələrində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilmiş Elçin və Fəyyaz məhkəmə zalında həbs ediliblər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv