Sumqayıt sakinlərinin narahatlığı: “Narazılıq edirik, deyirlər ki, pul vermişik, özümüz bilərik”

Sumqayıt sakinlərinin narahatlığı: “Narazılıq edirik, deyirlər ki, pul vermişik, özümüz bilərik”






presstv

"Presstv"az #Hakim, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsi, Şah İsmayıl Xətai küçəsində yerləşən 46 saylı binanın sakinləri evlərinin yaxınlığında obyektin tikintisindən narazılıq edirlər.

“Evimin pəncərəsinin qarşısında çayxana tikirlər. Bura avara adamlar toplaşacaq, bütün səs-küy də evimin içində olacaq. Narazılıq edirik, deyirlər ki, pul vermişik, özümüz bilərik”, – deyə sakinlər bildiriblər. Sakinlər ərazidəki ağacların kəsildiyini də iddia edirlər.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib ki, sözügedən ərazidə aparılan tikinti tam qanuni əsaslara malikdir və müvafiq icazə sənədləri mövcuddur.

Eyni zamanda, həmin ərazidə heç bir ağac kəsilməsi faktı qeydə alınmayıb.

Daha ətraflı Baku TV-nin süjetində:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv