Dünya çempionatında iştirak edəcək daha bir yığma müəyyənləşdi

Dünya çempionatında iştirak edəcək daha bir yığma müəyyənləşdi






presstv

"Presstv"az #ABŞ, #Azərbaycan, #Futbol, #Kanada, #Meksika, #Planet, #Yaponiya, #Yeni Kaledoniya, #Yeni Zelandiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək futbol üzrə dünya çempionatında (DÇ-2026) daha bir yığmanın iştirakı dəqiqləşib.

presstvaz xəbər verir ki, Yeni Zelandiya yığması Okeaniya zonası üzrə seçmə mərhələnin qalibi olub.

Bu kollektiv bir az əvvəl başa çatan həlledici görüşdə Yeni Kaledoniyanı məğlub edib – 3:0. Yeni zelandiyalılar yalnız ikinci hissədə (61-ci, 66-cı və 80-ci dəqiqələrdə) rəqibin müqavimətini qıra biliblər. Əks təqdirdə, FIFA-nın reytinqində 152-ci pillədə qərarlaşan Yeni Kaledoniya dünya çempionatına çıxa bilərdi (müqayisə üçün: Azərbaycan FIFA reytinqində 117-ci yerdədir).

Beləliklə, Yeni Zelandiya milli komandası tarixində üçüncü dəfə DÇ-nin final mərhələsinə yüksəlib. Bundan öncə, yığma 1982 və 2010-cu illərdə planetin ən mötəbər futbol yarışına qatılıb.

Yeni Zelandiya DÇ-2026-da iştirak hüququna yiyələnən 5-ci yığma olub. İndiyədək ABŞ, Kanada və Meksikanın meydan sahibi qismində turnirdə oynayacağı dəqiq idi. Yaponiya yığması isə martın 20-də Asiya zonasından vəsiqəni rəsmiləşdirib. Dünya çempionatında ümumilikdə 48 kollektiv iştirak edəcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv